Prokurorluq Mübariz Mənsimovun azadlığa buraxılmasını tələb etdi - RƏSMİ
Prezident Administrasiyasının rəhbəri azad edilmiş ərazilərlə bağlı toplantı keçirdi
Ermənistan parlamentinin eyvanlarında snayperlər görüntüləndi- Video
Qazinin görmə qabiliyyəti bərpa edildi
“Ağdərəni niyə almadıq?”- deyə soruşanlara CAVAB
23.02.2021 10:48
Bölmə:Gündəm 291 dəfə oxunub

“Ağdərəni niyə almadıq?”,-deyə irad tutanlara… Əvvəla aydınlıq gətirək ki, irad mənə aid deyil. 92-ci ildə Ağdərəyə ilk daxil olan tankçı kimi mən də istərdim ki, bu dəfə Ağdərə də alınsın, Xankəndi də… Xocalıya da əhalimiz dərhal köçsün. Bu, müharibə arzuları idi. Paşinyan 10 noyabr gecəsi təslim olmasaydı, səhər Ağdərəyə hücuma hazır idik (şəxsən mən də döyüş sırasındaydım). Lakin atəşkəs imzalandı, müharibə bitdi, hərbi arzular donduruldu.


Qədim Çin hərb mütəfəkkiri Sun-Szıdan tutmuş ABŞ kimi fövqaldövlətin ideoloqlarından olan Henri Kissinjer və bütün hərbi strateqlərə qədər hamısı deyiblər: "Müharibəni istədiyiniz vaxt başlaya bilirsiniz, ancaq istədiyiniz vaxt dayandıra bilmirsiniz".
Bunun səbəbi ondadır ki, mübarizə metodu ya səhv seçilir, yaxud qalib vaxtında dayana bilmir.


Şuşa bizdədirsə, Qarabağa hərbi nəzarət bizdədir. Qarabağ bizdədirsə, ikinci erməni dövlətinin torpaqlarımızda yaranması mümkünsüzdür.


Düşmən təslim olmağa hazır olduğu şəraitdə, Rusiyanın atəşkəs təklifini rədd edib, Xankəndiyə daxil olub Arayiki qandallamaq üçün dünyanı, BMT Təhlükəsizlik Şurasını qarşımıza almalıydıq… Belədə müharibə indiyə kimi uzanacaqdı… Ya da düşünməliydik, madam ki, Şuşa bizdədir,  Xankəndi onsuz da Şuşadan ovuc içi kimi görünür, Laçın, Kəlbəcər Qarabağı arxadan bağlayır, düşmən ordusu darmadağın olub, görünən perspektivdə ordu ilə üstümüzə gəlmək şansı yoxdur və gəlsə belə bələyindəcə boğulacaq, qalanını niyə siyasi yollarla qalib mövqeyindən həll etməyək?..


Müharibəni ən əlverişli şəraitdə bitirmək qələbənin özüdür. Digər parlaq göstəriciləri ilə bərabər, bu göstəriciyə görə də Qələbəmiz mükəmməldir, nadir dünya hərb və diplomatiya incisidir.

Nazim Bayram, hərbi icmalçı,
ehtiyatda olan polkovnik-leytenant 

reklam