Prezident Qubadlıdakı məscidi sökənlərin cəzalandırılmasını tapşırdı
“Azərsu”dan içməli su probleminin həlli ilə bağlı yeni layihə - Fotolar
Azərbaycanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Hərbi Qənimətlər Parkına giriş ödənişlidir?
Ölümə tərk edilmişlər- Qalib Yağlıvəndli
25.02.2021 17:09
Bölmə:Tarix 246 dəfə oxunub

Bəşər yaranandan insanın bilmədiyi sayda günlər olmuşdur və bəşər var olduqca heç kəsin hesablaya bilməyəcəyi günlər keçəcək. Amma bəzi günlər vardır ki, tarixə özünü ya qara, ya qırmızı, ya qanlı, ya sevincli gün kimi yazdırmağı bacarıb və tarixin yaddaşına, bəşərin köksünə elə dərin qazılıb ki, heç bir qüvvə onu silə biləcək gücdə deyil.

1992 – ci ilin qarlı – çovğunlu, qanlı – qadalı, ölümlü – itimli, dəhşət dolu bir gecəsi - 25 fevraldan 26 fevrala keçən gecə əli Allahdan üzülən, ayağı yerdən kəsilən,  bəndədən kömək gözləməyən, dövlətdən ümidi kəsilən, hakimiyyət davasına qurban verilən, insanlığın ölümə tərk etdiyi xocalılı 6000 insan  Allahın olmayan pənahına sığındılar.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün xocalıların ölümə tərk edildiyi gündür.

Bunu Azərbaycanda hakimiyyət davası aparanlar etdilər.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün Xocalının yer üzündən silindiyi gündür.

Bunu qaniçən ermənilərlə birlikdə Xankəndidə yerləşən əliqanlı 366-cı rus ordusu etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün xocalıların soyqırım edildiyi gündür.

Bunu terrorçu Serj Sərkisyan, Seyran Ohanyan, Robert Köçəryan, Zori Balayan, Monte Melkumyan və yüzlərlə digır cinayətkar ermənilərlə birlikdə Xankəndidə yerləşən əliqanlı 366-cı faşist rus ordusu etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün Xocalının quzu kimi qurdlara təhvil verildiyi gündür.

Bunu Azərbaycanda hakimiyyət uğrunda xalqını, torpağını, millətini satanlar və onların əlaltıları etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün Xocalının qanına qəltan edildiyi gündür.

Bunu erməni və rusların birləşmiş qüvvələri etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün xocalıların qırılmağına göz yumulduğu gündür.

Bunu bütün Azərbaycan etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün xocalıların məhv edildiyi gündür.

Bunu Ermənistan ordusu ilə birgə, “Aramo”, “Arabo”, “Qaflan” adlı erməni terror dəstələri və 366-cı erməniləşmiş quldur rus hərbi alayı etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün xocalıların unudulduğu gündür.

Bunu Allahla birgə Azərbaycan hakimiyyəti və müxalifəti etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün xocalıların kömək gözlədikləri gündür.

Bunu etməyə borclu olan Allah, Azərbaycan hakimiyyəti, Azərbaycan ordusu, Azərbaycan müxalifəti, Azərbaycan xalqı idi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün xocalılara kömək edilməyən gündür.

Bunu Allah, Azərbaycan hakimiyyəti, Azərbaycan ordusu, Azərbaycan müxalifəti, Azərbaycan xalqı etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün Xocalı qətliamına göz yumulan gündür.

Bunu Allah, Azərbaycan hakimiyyəti, Azərbaycan ordusu, Azərbaycan müxalifəti, Azərbaycan xalqı etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün insanlığın öldüyü gündür.

Bunu başda Serj Sərkisyan, Vitali Balasanyan, Zori Balayan, Robert Köçəryan, Levon Ter-Petrosyan və yüzlərlə əliqanlı erməni etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün bəşəriyyətin nifrətə layiq olduğu gündür.

Bunu Xocalını unudan və xocalıları ölümün ağuşuna atanlar etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün Allahın yatdığı gündür.

Bunu ümidi bütün dünyadan kəsilmiş, ölümət tərk edilmiş Xocalını unudan Allah etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün Allahın insanları unutduğu gündür.

Bunu Allaha yalan satan Azərbaycan hakimiyyəti etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün hakimiyyət uğrunda mübarizə aparanların günüdür.

Bunu Ayaz Mütəllibovla özünü milli qüvvə adlandıran “xalq cəbhəsi” və onlardan maşa kimi istifadə edənlər etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün çaqqalların meydan suladığı gündür.

Bunu həmin vaxt Ağdamda mövqe tutan Azərbaycan ordusunun hərəkətsizliyi etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün körpələrin ah-naləsini Allahın eşitmədiyi gündür.

Bunu Allahla bəndənin arasına pərdə çəkənlər etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün gəlinlərin fəryadının dünyanı zəlzələ kimi titrətdiyi gündür.

Bunu yaradılışa ləkə olan erməni millətinin terrorçu dəstələri ilə qanla qidalanan rusları 366-cı alayı etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün Məhşər günüdür.

Bunu göydən-yerdən xocalıların başına ölümsaçan mərmilər ələyən ermənilər etdilər.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün İsrafilin sur düdüyünü çaldığı gündür.

Bunu ah-naləsi göyə ucalan körpələr, övladı öldürülən ahaların fəryadı, yanan insanların iniltisi etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün Qiyamət günüdür.

Bunu körpə uşağı parçalayan, qadını zorlayan, kişini doğrayan, qocanı baltalayan, qadının dərisini soyan Sərkisyanlar, Balayanlar, Melkumyanlar, Köçəryanlar, ruslar, ermənilər etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün yaşamağın mənasızlaşdığı gündür.

Bunu minlərlə körpənin, qadının, qocanın, cavanın parçalanmış nəşinin dünyaya səpələnməsi etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün insanların başının qurbanlıq quzu kimi kəsildiyi gündür.

Bunu yüzlərlə azərbaycanlının ermənilər tərəfindən kəsilən başlarının futbol topu kimi oynadılması etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün altı min insanın Allahın olmayan ümidinə buraxıldığı gündür.

Bunu Azərbaycanda hakimiyyətə can atan pusquda durmuş qüvvələr etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün erməni şərəfsizliyinin ən pik həddinə şahidlik edilən gündür.

Bunu minlərlə körpəni, uşağı, qızı, gəlini, qocanı, cavanı, kişini, qadını məhv edən, parçalayan, zorlayan, yandıran, işkəncə verən, başını kəsən, təhqir edən, Xocalını yer üzündən silən erməni etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün həyatın bitdiyi gündür.

Bunu həmin gün Xocalı ilə Ağdam arasındakı dağlarda, dərələrdə, meşələrdə, çaylarda azərbaycanlıları qıran, öldürən  ermənilər etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün 613 azərbaycanlının öldürüldüyü gündür.

Bunu qatil ermənilərlə birləşmiş 366-cı rus alayı etdi.

Azərbaycanlılar deyir ki, həmin gün cəmi 613 nəfər azərbaycanlı ermənilər tərəfindən qətl edilib.

Amma ermənilər deyir ki, həmin gün 2000 azərbaycanlını öldürüblər və onlardan 1000 nəfərin meyitini “Qaflan” adlı erməni cəza dəstəsi xocalının bir kilometrliyində yandıraraq tamamilə məhv ediblər. Məncə ermənilər düz deyir. Çünki 26.02.1992-ci il səhər tezdən AzTV-də xəbər verdilər ki, ermənilər Xocalı şəhərinə hücum edib, 2nəfər azərbaycanlı həlak olub. Hansı ki, həmin vaxt Xocalı şəhəri tamamilə məhv edilmişdi, insanlar qırılmışdı və əsir alınmışdı. Yəni Xocalı şəhəri yox idi. Bu yalana görə belə hesab edirəm ki,  613 nəfər yox 2000 nəfər azərbaycanlı həmin gecə ermənilər tərəfindən öldürülüb, soyqırımına məruz qalıb. Hər halda erməni neçə nəfəri öldürdüyün, neçə nəfəri əsir aldığını, neçə nəfəri qaytardığını  Azərbaycan hökumətindən daha dəqiq bilər.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün uşaqların valideynsiz qaldığı gündür.

Bunu 155 valideyni öldürməklə erməni etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün ailələrin tamamilə məhv edildiyi gündür.

Bunu 8 ailəni tamamilə məhv edən erməni etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün qadınların öldürüldüyü gündür.

Bunu 106 qadını öldürməklə erməni etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün anaların övladsız qaldıqları gündür.

Bunu 63 uşağı öldürməklə erməni etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün hamımızın günahkar olduğu gündür.

Bunu həmin gün heç bir iş görməyən Azərbaycan hakimiyyəti etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün Allahın öz bəndəsini unutduğu gündür.

Bunu öz xalqını ölümə tərk edən Azərbaycan hakimiyyətinə acığı tutan Allah etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün təbiətin insana acığı tutduğu gündür.

Bunu xalqını unutmuş, hakimiyyət davası aparan Azərbaycan hakimiyyəti və müxalifətinin acığına təbiət etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün dünyanın Cəhənnəmə çevrildiyi gündür.

Bunu Xocalı boyda şəhəri məhv edərək, yandıraraq, dağıdaraq, xocalıları qətl edərək, əsir edərək, körpələri soyuqda donduraraq, qızları Qarqarda boğduraraq, onlara olmazın işkəncəsini verən ermənilər və bunu onlara etməsi üçün şərait yaradan Azərbaycan hakimiyyəti

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün İblisin qələbə günüdür.

Bunu iblisdən törəmiş ermənilər və iblisləşmiş hakimiyyət hərisləri etdilər.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün Şeytanın sevindiyi gündür.

Bunu körpələrin fəryadından, qız-gəlinin yalvarışından, axıdılan qanın qoxusundan zöv qalan ermənilər etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün insanın doğulduğuna peşman olduğu gündür.

Bunu xocalıları əzaba, işkəncəyə, cinsi təcavüzə, ölümə, ağrıya məruz oyan ermənilər etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün insanın yaşadığına lənət yağdırdığı gündür.

Bunu həyatın ən dəhşətli anlarını erməni əsirliyində keçirən xocalılar etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün həyatın əhəmiyyətsizləşdiyi gündür.

Bunu övladını, əzizini, ətrafındakı insanların məhv olduğunu görən xocalılar etdi.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün XOCALIYA ƏDALƏT GÜNÜDÜR.

Bunu ermənidən qisas alaraq biz etməliyik.

25 fevraldan 26 fevrala keçən gecə - həmin gün MƏSUM KÖRPƏLƏRİN RUHLARININ HAQQ-HESAB GÜNÜDÜR.

Bunu XOCALInı azad edərək biz etməliyik.

ALLAH XOCALI ŞƏHİDLƏRİNƏ RƏHMƏT ELƏSİN.

ALLAH BİZƏ XOCALININ QİSASINI ALMAĞI QİSMƏT ELƏSİN.

Qalib Yağlıvəndli

reklam