Prezident Qubadlıdakı məscidi sökənlərin cəzalandırılmasını tapşırdı
“Azərsu”dan içməli su probleminin həlli ilə bağlı yeni layihə - Fotolar
Azərbaycanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Hərbi Qənimətlər Parkına giriş ödənişlidir?
Şuşada çəkilən fotonun müəllifi o imiş...
01.03.2021 16:36
Bölmə:Günün Fotosu 221 dəfə oxunub

Son günlər sosial şəbəkələrdə geniş yayılan və Şuşanın azad edildiyi gün çəkildiyi bildirilən foto ilə bağlı rejissor Cavidan Şərifov məlumat yayıb.

Versiya.az-ın verdiyi xəbərə görə, C.Şərifov bildirib ki, həmin şəklin müəllif hüquqları fotoqraf Zaur Mirzəyevə aiddir: “İdeya müəllifi isə özüməm. Bu şəkil kapitulyasiya aktından sonra çəkilib, 11 noyabr 2020-ci ildə. İmzalanan sənədə baxmayaraq ordu birləşmələri hər hansı təxribatın qarşısını almağa hazır vəziyyətdə idilər. Düşmən tərəfindən hər şey gözləmək olardı.

Bu şəkil Şuşa şəhərinin altında Xankəndinə gedən yolda çəkilib. Bu igidlər isə Şuşanı düşmənlərdən təmizləyən igidlərdir. Hazırda bir film üzərində iş gedir və ən qısa zamanda bu filmdə çox maraqlı və igidlik nümunəsi olan səhnələrin şahidi olacaqsınız. Biz Bakı Media Mərkəzinin əməkdaşları olaraq, müharibənin ilk anlarından cəbhə bölgəsinə ezam olunmuşduq”. “Qafqazinfo”
reklam