Prezident Qubadlıdakı məscidi sökənlərin cəzalandırılmasını tapşırdı
“Azərsu”dan içməli su probleminin həlli ilə bağlı yeni layihə - Fotolar
Azərbaycanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Hərbi Qənimətlər Parkına giriş ödənişlidir?
Ermənilər Qarabağa nə üçün qayıtmaq istəmirlər?- ŞƏRH
03.03.2021 11:50
Bölmə:Xəbər 114 dəfə oxunub

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sifarişi ilə 2021-ci il yanvarın 22-də aparılmış araşdırmaya görə, 44 günlük müharibə zamanı Qarabağdan Ermənistana qaçan erməni ailələrin 85 faizi geri qayıtmaq istəmir. 15 faiz erməni ailəsi isə ya Qarabağın böyük şəhərlərinə - Xankəndi, Xocavənd – qayıtmağı, ya da Ermənistana köçməyi düşünür.

Maraqlıdır, ermənilər Qarabağa nə üçün qayıtmaq istəmirlər?

Versiya.az xəbər verir ki, məsələni Yenisabah.az-a şərh edən Politoloq Fikrət Sadıxov qeyd edib ki, ermənilərin Azərbaycan torpaqlarında perspektivi yoxdur:

“Əslində, onların torpağımızda - Xankəndində yaşamaması bizi o qədər də narahat etməməlidir. Yəni gedirlər, getsinlər, özləri bilər. Sadəcə düşünürəm ki, orada məsələ yaş kateqoriyası ilə ölçülür. Əgər yaşları çoxdursa, Xankəndində qalacaqlar. Gənclərin isə orada heç bir perspektivi yoxdur. Gənclər orada nə edəcəklər? Bəli, ermənilər torpağımızda normal şəkildə yaşaya bilər, biz bunun üçün şərait yaradırıq. Amma inkişaf etmək istəyirlərsə, xaricə getməyə məcburdurlar. Çünki onlar bizim torpağımızda erməni dilində ali təhsil almaq, məktəblər açmaq istəyirlər, bu isə mümkün deyil. Görünür, bu səbəblə əlaqədar ermənilər xaricə meyilli istiqamət götürsələr, vəziyyətin onlar üçün daha əlverişli olacağını düşünürlər.

Biz indi deyirik ki, 50 minə yaxın erməni Xankəndinə qayıdıb. Amma onlar kateqoriyaya bölünür. Bəzi gənc ermənilər sadəcə olaraq öz valideynlərini müşayiət etmək üçün gəlir, sonra isə Yerevana və ya başqa bir şəhərə qayıdırlar. Düşünmürəm ki, Qarabağa qayıdanların içərisində gənclərin sayı çox olsun”.

Politoloq ermənilərin qayıtmağa ehtiyat etdiyini də vurğulayıb:

“Onlar hələ bizə inanmırlar. Biz fədakarlıq və iradəylə öz torpaqlarımızı azad etmişik, buna görə də onlar qorxu içərisindədir. Oradakı arayiklər, balasanyanlar erməniləri qorxudub çəkindirir. “Ehtiyatlı olun, azərbaycanlılar sizə təhlükə yarada bilər”, - deyirlər. Mütləq ki, bu məsələdə onların da izi var”.

reklam