Prezident Qubadlıdakı məscidi sökənlərin cəzalandırılmasını tapşırdı
“Azərsu”dan içməli su probleminin həlli ilə bağlı yeni layihə - Fotolar
Azərbaycanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Hərbi Qənimətlər Parkına giriş ödənişlidir?
“Azərenerji”nin rəhbəri İsrail səfiri ilə görüşüb
03.03.2021 11:59
Bölmə:Xəbər 75 dəfə oxunub
“Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevlə İsrailin Azərbaycandakı səfiri Corc Dikinlə görüşü olub.
 
ASC-dən Versiya.az -a verilən məlumata görə, görüşdə Azərbaycan və İsrailin enerji sistemləri arasındakı əməkdaşlıq münasibətləri barədə müzakirələr aparılıb.

İsrail səfirinin 44 günlük Vətən Müharibəsi zamanı, daha dəqiqi ötən ilin 23 oktyabr tarixində erməni terrorçuları tərəfindən törədilmiş raket hücumlarının fəsadları ilə tanış olmaq məqsədi ilə Gəncə və Mingəçevir şəhərlərinə səfər etməsi, o cümlədən ermənilərin hədəfə aldığı Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan İES”də olması görüş zamanı xüsusi xatırlanıb.

Görüşdə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən enerji layihələri, o cümlədən xarici investorların layihələrə maraq göstərməsi ətrafında fikir mübadiləsi aparılıb.
reklam