Prezident Qubadlıdakı məscidi sökənlərin cəzalandırılmasını tapşırdı
“Azərsu”dan içməli su probleminin həlli ilə bağlı yeni layihə - Fotolar
Azərbaycanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Hərbi Qənimətlər Parkına giriş ödənişlidir?
Qarabağda 25 minə yaxın partlayıcı zərərsizləşdirildi
03.03.2021 12:18
Bölmə:Qarabağ 127 dəfə oxunub

Rusiya sülhməramlı kontingentinin humanitar minatəmizləmə bölməsi Dağlıq Qarabağı partlayıcılardan təmizləməkdə davam edir.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Ağdərə ərazisində rusiyalı minaaxtaranlar tərəfindən 30-dan çox 152 mm-lik top mərmiləri zərərsizləşdirilib.

Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1524 tikili, 1548 hektar ərazi, 484 km yol partlamamış hərbi sursatlardan təmizlənib, 24 994 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

Partlayıcılar xüsusi təchiz olunmuş Ballıca təlim meydançasına gətirilərək məhv edilib. Evakuasiya edilə bilməyən sursatlar isə təhlükəsizlik tədbirlərinə əməl olunmaqla yerində zərərsizləşdirilib.

reklam