Prezident Qubadlıdakı məscidi sökənlərin cəzalandırılmasını tapşırdı
“Azərsu”dan içməli su probleminin həlli ilə bağlı yeni layihə - Fotolar
Azərbaycanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Hərbi Qənimətlər Parkına giriş ödənişlidir?
Bakıda çılpaq gəzən qız müğənniləri üz-üzə qoydu
30.03.2021 16:28
Bölmə:Şou 177 dəfə oxunub

Müğənni Nadir Qafarzadə Bakıda açıq-saçıq geyimdə küçədə dolaşan bir xanımın videosunu paylaşıb.

Versiya.az xəbər verir ki, ifaçı qadının geyimini tənqid edərək ironiya ilə “ Azadlıq. Azərbaycanda qadın azadlığı digər ölkələrdən çox irəlidədir” -, deyə rəy yazıb.

Paylaşıma şərh bildirən Əməkdar artist Nüşabə Ələsgərli həmkarı ilə razılaşmadığını qeyd edib:

“Biz xarici ölkələrə gedəndə belə geyinənləri də görürük. Təəccüblənmirik, çünki onlarda açıq-saçıq geyinmək adi haldır. Ona görə maraqlı da gəlmir. Biz də bu tip paltarlara adi baxanda onlar da geyinməyəcək. Maraqsız olacaq. İndi isə qızlar açıq geyinməklə diqqət çəkmək istəyirlər. Kimsə fikir verməsə, geyinməzlər”. (Yeni Sabah)

reklam