Prezident Qubadlıdakı məscidi sökənlərin cəzalandırılmasını tapşırdı
“Azərsu”dan içməli su probleminin həlli ilə bağlı yeni layihə - Fotolar
Azərbaycanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Hərbi Qənimətlər Parkına giriş ödənişlidir?
"Manatın məzənnəsində Mərkəzi Bankın mövqeyi həlledici olacaq"- Millət vəkili
31.03.2021 11:54
Bölmə:İqtisadiyyat 117 dəfə oxunub
"Mərkəzi Bank qonşu ölkələrdə milli valyutaların dollara nisbətən dəyər itiriməsinə münasibət bildirib. Açıqlamadan aydın olur ki, növbəti dövrlərdə də manatın məzənnəsində Mərkəzi Bankın mövqeyi həlledici olacaq. Aydındır ki, regionun aparıcı ölkələrində milli valyutalarının ucuzlaşmasının hazırda valyuta bazarımıza iqtisadi deyil, daha çox psixoloji təsirləri var".
 
Versiya.az xəbər verir ki, bu baradə millət vəkili Vüqar Bayramov açıqlama verib. Onun sözlərinə görə, Mərkəzi Bankın açıqlamasından da göründüyü kimi neftin dünya bazar qiyməti bu kontekstdə daha vacib indikatordur: "Çünki ölkəyə daxil olan valyutanın 85 faizə yaxınını enerji sektoru formalaşdırır. Hazırda isə neftin qiyməti Mərkəzi Bank üçün məqbul səviyyədə hesab oluna bilər. Bununla belə, neft bazarında volatilliyin yüksək olması da diqqətdə saxlanılmalıdır".
 
Millət vəkili bildirib ki, həm Türkiyə, həm də Rusiya Azərbaycan üçün vacib ticarət tərəfdaşlarındandır: "Türkiyə ilə 4.5 milyard dollara yaxın, Rusiya ilə isə 3 milyard dollardan artıq ticarətimiz var. Bu ümumi xarici ticarət dövriyyəmizin 23 faizi deməkdir. Bu baxımdan, əsas ticarət tərəfdaşlarımızdakı iqtisadi və maliyyə dəyişikliklərin xarici ticarət dövriyyəmizə təsirlərinin minimumlaşdırılması istiqamətində fəaliyyətlərin genişləndirilməsi də məqsədəuyğundur".
reklam