Prezident Qubadlıdakı məscidi sökənlərin cəzalandırılmasını tapşırdı
“Azərsu”dan içməli su probleminin həlli ilə bağlı yeni layihə - Fotolar
Azərbaycanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Hərbi Qənimətlər Parkına giriş ödənişlidir?
Ərdoğanın Şuşaya gələcəyi tarix açıqlandı- Video
31.03.2021 17:10
Bölmə:Xəbər 118 dəfə oxunub

"Preizdent İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 gün davam edən müharibə ilə 30 illik işğala son qoydu. Qarabağ ana vətənlə təkrar qucaqlaşdı".

Versiya.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Qarabağ bölgəsində 67 məsciddən 63-ü dağılıb. Eyni zamanda, kilsələr də tarimar edilib.

Ərdoğan xatırladıb ki, bu gün həm də azərbaycanlı qardaşlarımızın ermənilər tərəfindən soyqırımına məruz qaldığı bir gündür: "Qətl edilən on minlərlə qardaşımızı rəhmətlə yad edirik. Qarabağdakı türk mirasının qorunması üçün Azərbaycanın yanında olmağa davam etməyimiz çox önəmlidir. Bütün məcburi köçkünlərin tezliklə qayıtmasını diləyirəm".

R.T.Ərdoğan həmçinin qeyd edib ki, Ramazan bayramı sonrası Prezident İlham Əliyevlə birgə Şuşanı ziyarət etmək niyyətindədir. (Trend)

reklam