Prezident Qubadlıdakı məscidi sökənlərin cəzalandırılmasını tapşırdı
“Azərsu”dan içməli su probleminin həlli ilə bağlı yeni layihə - Fotolar
Azərbaycanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Hərbi Qənimətlər Parkına giriş ödənişlidir?
Şəhid “Qəmlo” anıldı...
02.04.2021 14:54
Bölmə:Şəhidlər 206 dəfə oxunub

Bu gün Birinci Qarabağ savaşında böyük şücaət göstərmiş, “Qəmlo” ləqəbi ilə tanınan, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş Mais Əsədovun anım günüdür. Bu münasibətlə şəhidin məzarı ziyarət olunub.

Versiya.az xəbər verir ki, “Şəhidlər Xiyabanı”nda keçirilən anım mərasimində şəhidin ailə üzvləri, yaxınları, həmkəndliləri, eləcə də döyüş yoldaşları, həmçinin yazıçı Kərim Kərimli və Tağı Türk iştirak ediblər. Onlar Mais Əsədovun ruhuna dualar oxuyub, məzarı önünə gül dəstələri qoyublar.

Əsədov Mais Əsəd oğlu 1970-ci il mayın 1-də Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. O, kənddə orta məktəbi bitirdikdən sonra 1988-1990-cı illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur.

Qarabağ müharibəsi zamanı 40-dan çox döyüş və kəşfiyyat əməliyyatında iştirak edən Mais Əsədov

1993-cü il aprel ayının 2-də Füzuli rayonunun Divanalılar kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

2003-cü il iyun ayının 24-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Açıklama yok.