Prezident Qubadlıdakı məscidi sökənlərin cəzalandırılmasını tapşırdı
“Azərsu”dan içməli su probleminin həlli ilə bağlı yeni layihə - Fotolar
Azərbaycanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Hərbi Qənimətlər Parkına giriş ödənişlidir?
"Şuşaya "İsgəndər-M" raketi Dağıstan ərazisindən atılıb"- İDDİA
02.04.2021 23:06
Bölmə:Siyasət 310 dəfə oxunub

"Rusiya və Ermənistan etiraf edir ki, Ermənistanda yalnız "İsgəndər-E" raketi var. Bəs, Azərbaycanda, Şuşada "İsgəndər-M" raketi haradan "peyda" oldu?"

Versiya.az xəbər verir ki, bunu AMİP Nəsimi rayon təşkilatının sədri Vüqar Kərimli Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) təmsilçisinin  Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı "İskəndər-M" raketlərindən istifadə edilməsi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hətta prezident İlham Əliyev də çıxışlarında etiraf edib ki,  Ermənistan Azərbaycana "İsgəndər" raketi atmayab, ata da bilməzdi: "Bəs "İsgəndər M" raketi Şuşada nə gəzir? Bu raketin uçuş trayaktoriyası ən azı 550 km-dir. Şuşadan İrəvana belə, hava yolu ilə ən yaxşı halda 200 km ola, ya olmaya! Bəs 500 km-lik "İsgəndər" raketi Şuşada nə gəzir?"

V.Kərimli qeyd edib ki, Azərbaycan Müdafiə Nazirliyi də dəfələrlə bildirib ki, Ermənistandan Azərbaycana "İsgəndər" raketi atılmayıb:"Bununla bağlı Müdafiə Nazirliyi də açıqlama yayaraq Ermənistandan Azərbaycan ərazisinə "İsgəndər" raketinin atılmadığını bildirsələr də, haradan atıldığını söyləməyiblər. Buradan belə qənaətə gəlmək olur ki, Ermənistanda olmayan raket Şuşaya yalnız Rusiyanın Dağıstan ərazisindən atıla bilər! Bəs nə üçün bu,  etiraf olunmur? Rusiyanın bu hərbi cinayəti nə üçün açıqlanıb ifşa edilmir? Nə üçün??!!"

reklam