Səyyad Əlizadənin son durumu açıqlandı
253 saylı məktəbdə anım tədbiri keçirilib
FHN-in axtarış-xilasetmə dəstəsi Şimali Makedoniyada
"Azad edilmiş ərazilərin bərpası ən əsas prioritetlərindədir"- Əli Əsədov
1,3 milyon kv/metr ərazi minadan təmizləndi
14.07.2021 17:15
Bölmə:Xəbər 197 dəfə oxunub

Horadiz, Ağbənd, Zəngilan dəmir yol xəttində yanvar ayından bu günə qədər 1323 ədəd piyada və tank əleyhinə mina, 14 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Versiya.az xəbər verir ki, bu barədə Minatəmizləmə Agentiyinin (ANAMA) nümayəndəsi İdris İsmayılov Horadiz, Ağbənd, Zəngilan dəmir yol xəttində həyata keçirilən minatəmizləmə işləri barədə danışarkən deyib.

“Artıq 1 milyon 275 min kvadratmetr ərazi tam olaraq təmizlənib və aidiyyəti üzrə təhvil verilib. Hazırda Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Mehdili ərazilərində təmizləmə işləri aparılır. Son iki gündə 32 ədəd tank əleyhinə mina zərərsizləşdirilib. Dəmir yolu xəttində minatəmizləmə işləri üçmərhələli şəkildə həyata keçirlir”, - deyə o bildirib.

reklam