“91-lər”in üzvü, sabiq deputat Kərim Kərimov vəfat etdi
Bu ordunun qarşısında heç kim dayana bilməzdi - Xaindrava
Siyasi partiya liderləri Şuşaya gedəcək
Türk dünyası birgə mübarizəyə başlayır
Türkiyədə itkin düşən azərbaycanlı tələbə ölü tapıldı
10.09.2021 10:46
Bölmə:Kriminal 71 dəfə oxunub

Türkiyədə təhsil alan azərbaycanlı tələbə tikinti sahəsində asılı vəziyyətdə tapılıb.

Versiya.az-ın məlumatına görə, 2 il öncə Azərbaycandan Türkiyəyə köçən Azərbaycan vətəndaşı Ümid Can İzmir şəhərində Buca Atatürk Liseyinin 2-ci kurs tələbəsi olub.

2005-ci il təvəllüdlü yeniyetmə sentyabrın 3-də restoranda nahar etmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Türkiyə hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı əməliyyat axtarış tədbirləri nəticəsində Ümid Can sentyabrın 9-da səhər saatlarında Kızıltəpə yaxınlığındakı tikinti sahəsində asılmış vəziyyətdə tapılıb.

Yeniyetmənin cənazəsi bu gün səhər saatlarında Bakıya gətirilib.

reklam