Bu kəndlərdə mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradıldı- Fotolar
Prezidentdən şəhid ailələri və qazilərlə bağlı yeni sərəncam
Jurnalist Bülbülün ev muzeyinə direktor təyin edildi- Foto
“91-lər”in üzvü, sabiq deputat Kərim Kərimov vəfat etdi
İran maşınlarının yoxlanılması Ermənistan parlamentində müzakirə olundu
13.09.2021 11:13
Bölmə: 84 dəfə oxunub

Bu gün Ermənistan Milli Məclisinin ikinci (payız) sessiyasının növbəti iclası başlayıb.

Yenisabah.az "Aysor"a istinadla xəbər verir ki, Azərbaycanın Gorus-Qafan postunda polis postu qoyması ilk iclasda geniş müzakirələr doğurub.

"Ermənistan" fraksiyasının deputatı Geqam Manukyan Sünikdəki vəziyyətlə əlaqədar olaraq Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktorunu parlamentə dəvət etmək təklifi səsləndirib.

Parlament spikeri Alen Simonyan qeyd edib ki, bu günlərdə bütün imkanlardan istifadə etmək və təklifləri rədd etməmək üçün yanaşmaya sadiq qalıb:

"Məsələni müzakirə edəcəyik, təklifin qəbul ediləcəyini istisna etmirəm".

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin Rusiya Müdafiə Nazirliyinə müraciətdən sonra Gorus-Qafan yolunda polis postu qurulub və İran nömrəli yük maşınlarının sürücülərini və yüklərini yoxlanılmağa başlanılıb.

reklam