Bu kəndlərdə mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradıldı- Fotolar
Prezidentdən şəhid ailələri və qazilərlə bağlı yeni sərəncam
Jurnalist Bülbülün ev muzeyinə direktor təyin edildi- Foto
“91-lər”in üzvü, sabiq deputat Kərim Kərimov vəfat etdi
Füzuli şəhəri necə qurulacaq?- Deputat detallardan DANIŞDI
13.09.2021 12:52
Bölmə:Qarabağ 805 dəfə oxunub

Qarabağda və Şərqi Zəngəzurda şəhər və kəndlərin bərpası, yenidən qurulması istiqamətində məqsədyönlü iş aparılır. Prezident İlham Əliyev şəhərsalma sahəsində böyük işlər görüldüyünü qeyd edib. Dövlətimizin başçısı Ağdamın baş planının təsdiqləndiyini, Füzulinin və Cəbrayılın müfəssəl baş planlarının üzərində iş getdiyini və tezliklə ictimaiyyətə təqdim ediləcəyini, Zəngilan şəhərinin baş planının hazırlanması prosesinə başlandığını, Qubadlı, Laçın və Kəlbəcər şəhərlərinin də yenidən qurulacağını bildirib. Ölkə büdcəsi üçün ağır yük olsa da, Azərbaycan hökuməti bərpa və yenidənqurma işlərini sürətlə aparmaq, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirmə əzmini bütün dünyaya nümayiş etdirir.


Versiya.az xəbər verir ki, Füzuli şəhərində görülən işlər haqqında son durumu Modern.az-la bölüşən deputat Vüqar Bayramov azad edilmiş ərazilərə bir neçə dəfə baş çəkdiyini vurğulayıb:


“Rayonumuzun bir hissəsində məskunlaşma həyata keçirilmişdi. Təxminən 60 faiz ərazimiz isə 30 ildən artıq düşmən tapdağında qaldı. Füzulinin işğaldan azad edilmiş hissələrində çox intensiv, genişmiqyaslı  şəkildə infrastruktur işləri davam etdirilir.

İlkin infrastruktur işlərinin, hava limanının tikintisinin ilin sonuna qədər tam başa çatacağı gözlənilir. Bu ilin may ayında Füzuli hava limanında olmuşdum. O zaman davam edən quruculuq prosesi artıq yekunlaşmaq üzrədir və bu liman ən qısa müddətdə istifadəyə verilən beynəlxalq hava limanlarından biri oldu.

“Zəfər yolu”nda tamamlanma işləri isə yaxın zamanlarda bu yolun açılışını edə biləcəyimizdən xəbər verir. Füzulinin yenidən qurulması prosesinin bir hissəsi Horadizdən başlayır. Horadiz-Cəbrayıl- Zəngilan-Ağbənd avtomobil yolunda da intensiv işlər gedir. Türkiyənin  şirkətləri bu yolların çəkilişində aktiv çalışırlar. Füzuli ilə Hadrut şəhərini birləşdirəcək avtomobil yolunun çəkilişi də başlanacaq. Füzuli şəhərində nəqliyyat və lojistik xidmətlər təklif edən kifayət qədər çox infrastruktur layihələri həyata keçirilir. Bütün layihələrlə bağlı iş həm intensiv, həm də müasir standartlara uyğun davam etdirilir”.

Füzulinin baş planının hələlik təqdim olunmadığını diqqətə çatdıran deputat söyləyib ki, inzibati binaların, yaşayış yerlərinin və istirahət məkanlarının necə qruplaşdırılacağı baş planla aydınlaşacaq:


“Gözlənilir ki, yaxın günlərdə baş plan açıqlansın. Bu plan tam təqdim olunanda biləcəyik ki, inzibati binalar, yaşayış yerləri, parklar, yaşıllıqlar və s. necə müəyyənləşəcək. Füzuli də digər işğaldan azad edilmiş bölgələr kimi “ağıllı şəhər” layihəsi ilə formalaşacaq. Orada infrastruktura uyğun olaraq yaşıllıqların salınması, obyektlərin tikilməsi, şəhərin qurulması ən yeni standartlara uyğun planlanır. Yalnız Füzulinin deyil, digər işğaldan azad edilmiş ərazilərimizin də baş planının yaxın günlərdə təqdim olunması gözlənilir. Ona görə, yaradılacaq infrastruktur haqqında dolğun fikir söyləmək tezdir. Füzuli nəqliyyat-lojistik baxımından digər işğaldan azad edilmiş rayonlara gediş-gəliş üçün əhəmiyyətli mövqedə yerləşir. Orada kifayət qədər tarixi abidə, qədim dövrlərə aid məscidlər var. Böyük qismi dağıdılsa da, tarixin izləri qalmaqdadır. Azıx mağarası Xocavənd rayonunda yerləşir, amma Sovet dövründə Füzulinin qədim yaşayış məntəqəsi kimi təqdim edilirdi.

Rayon ərazisində araşdırılmalı kifayət qədər qədim yaşayış məntəqəsi var. Ona görə, hesab edirəm ki, Füzulini digər azad edilmiş rayonlardan fərqləndirən simvol müəyyən ediləcəksə, bu, onun tarixiliyini və qədimliyini ortaya çıxaracaq bir abidə ola bilər”.

reklam