“91-lər”in üzvü, sabiq deputat Kərim Kərimov vəfat etdi
Bu ordunun qarşısında heç kim dayana bilməzdi - Xaindrava
Siyasi partiya liderləri Şuşaya gedəcək
Türk dünyası birgə mübarizəyə başlayır
"Bu, “Onsuz da Ermənistan 7 rayonu qaytarırdı da, daha niyə döyüşdük”, çərənnəmələrinə cavabdır"
13.09.2021 14:48
Bölmə:Siyasət 361 dəfə oxunub

Səhərdən Ermənistan KİV-lərini oxuyuram, çoxdandır belə isterika görməmişdim – Azərbaycan DİN-nin Gorus-Qafan yoluna post qoyması, maşınları yoxlaması şok effekti yaradıb. Hətta artıq, “qoymayın, türklər bizim maşınlarımızı oğurlayır”, kimi başlıqlar, manşetlər atırlar. Məsələ nədir, deməli Ermənistan sakini “UAZ” markalı maşınla ərazimizə daxil olub, özü də etiraf edir ki, bizim ordunun nəzarətində olan əraziyə daxil olub, orada yanacağı bitib, maşını qoyub gedib yanacaq gətirməyə, qayıdanda görüb ki, “UAZ” yerində yoxdur və bunu bütün Ermənistan KİV-ləri “oğurluq” kimi qələmə verirlər.

Versiya.az xəbər verir ki, bunu REAL partiyası Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə gələcəkdə sürücüsüz, nəzarətsiz maşınlar ərazimizdə tapılsa risk etmək lazım deyil, yerindəcə məhv edilməlidir: “Çünki minalanmış ola bilər, terror xarakterli təxribat, tələ ola bilər - təbii ki, nəzarətsiz olan, ərazimizdə tapılan maşın götürülməli, yoxlanılmalı idi, bunu "oğurluqla" nə əlaqəsi?!”

N.Cəfərli qeyd edib ki,  Gorus-Qafan yolunda Azərbaycanın polis postu qurması Ermənistanda ciddi psixoloji gərginlik yaradıb: “Son 26 ildə işğal başlarını o qədər havalandırmışdı ki, sərhəddin TərTərdən, Ağcabədidən, Bərdədən, Gəncədən, Horadizdən başladığına inanmışdılar. İşğal etdikləri əraziləri özününkü hesab edirdi, yollar çəkirdilər, bu ərazilərin HEÇ VAXT Azərbaycana qayıtmayacağından əmin idilər. Ona görə indi şok yaşayırlar – 44 günlük Vətən Savaşından öncə Gorusa, Qafana bizim ordunun nəzarət etdiyi torpaqlardan 150-200 km məsafə var idi, indi Ordumuz sərhəddə, Qafanın 3-5 km-də, Gorusun yaxınlığındadı, Polisimiz isə bunların işğal zamanı bizim torpaqlarda inşa etdiyi yollarda post qurublar – bu Ermənistanda ciddi psixoloji gərginlik yaradıb”.

Natiq Cəfərli “Bu bir daha bəzi boşboğazların, “Onsuz da Ermənistan 7 rayonu qaytarırdı da, daha niyə döyüşdük”, çərənnəmələrinə cavabdır, göstəricidir – Ermənistan danışıqla bir kənd belə qaytarmayacaqdı, belə iddiada olanlar ağ yalan danışırlar, manipulyasiya ilə məşğuldurlar”.- deyə bildirib.

 

reklam