Ərdoğan-Əliyev görüşü: - Türkiyə “qırmızı xətt”i və əsas şərti elan etdi
Azərbaycanda koronavirusdan ölənlərin sayı artdı - 2 300 yeni yoluxma
Uşaqlara niyə “Pfizer” vurulmalıdır?- Səbəb
“İrana gedirsizsə, “COVID pasportu“ olmalıdır“- Səfirlik
“Ərdoğanın planı budur, bu, fantaziya deyil” – SENSASİON İDDİA
23.09.2021 15:06
Bölmə:Gündəm 290 dəfə oxunub
style="text-align: justify;">Rusiyalı siyasi ekspert Vladimir Avatkov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışı zamanı verdiyi “Dünya 5-dən böyükdür” mesajını şərh edib.
 
Ekspert Ərdoğanın bu mesajının təsadüfi olmadığını, Türkiyənin artıq qlobal gücə çevrildiyini bildirib.
 
Türkiyə liderinin açıqlamasını şərh edən Avtakov vurğulayıb: “Birincisi, bura Türkiyənin artıq dünya gücü olduğu dünyadır.
 
İkincisi, bura Türkiyənin fərqli sərhədlərə sahib olduğu dünyadır, çünki Ərdoğanın yaxınlarda dediyi kimi, Türkiyənin fiziki sərhədləri ürəkdəki sərhədlərdən fərqlidir. Fərqlərin siyahısını da verdi - Batumi, Kipr, Selanik, Hələb, Mosul və s.
 
Üçüncüsü, bura Türkiyənin İslam və Türk dünyasının lideri olduğu yerdir”.
 
Ekspert Türkiyənin nüvə dövləti Pakistan və Azərbaycanla yaxın əlaqələrinə diqqət çəkib. Qeyd edib ki, Azərbaycan və Orta Asiya ölkələri artıq öz gələcəklərini seçiblər – onlar bu yolu Türkiyə ilə birlikdə getmək istəyirlər.
 
Avtakov bütün bunların fantaziya olmadığını, reallıq olduğunu bildirib: “Hər şey bu tempdə və ruhda davam edərsə, bütün bunlar bir gün gerçək olacaq”.
 
Ekspert Türkiyənin zəiflərin müdafiəçisi və İslam dünyasının hamisi rolunu peşəkarlıqla oynadığını deyib.
 
“Türkiyə prezidenti əslində dünya güclərini hesablaşmaya çəkir, buna görə “Dünya 5-dən böyükdür” mesajını verir”.
reklam