Azərbaycana iki minaaxtaran it gətirildi
Azərbaycan Gorus-Qafan yolunda gömrük-buraxılış məntəqəsi qurdu
3477 şagird koronavirusa yoluxub
İran prezidenti Azərbaycanla sərhədə gəldi
"Füzuli Aeroportu ən qısa müddətdə inşa edilən beynəlxalq hava limanıdır"- Vüqar Bayramov
30.09.2021 11:13
Bölmə:İqtisadiyyat 264 dəfə oxunub

“Bu ilin may ayında Füzuli Hava Limanının inşaatı ilə tanış olan zaman çoxlarımız üçün sentyabrda limanın artıq təyyarələri qəbul edəcəyi bəlkə də bir arzu kimi görünürdü. Artıq Beynəlxalq hava limanında tamamlanma işləri aparılır”.

Versiya.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə cəmi 9 ay ərzində Füzuli Hava Limanı inşa edildi və artıq uçuşları qəbul edə bilir: “Füzuli Aeroportu dünyada ən qısa müddətdə inşa edilən beynəlxalq hava limanlarından hesab olunur. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Füzuli Beynəlxalq Hava Limanı “Qarabağın hava qapısı” elan olunub. Bu isə ondan xəbər verir ki, sözügedən hava limanının istifadəyə verilməsi bir tərəfdən Qarabağın, digər bölgələrimizin, eyni zamanda, daha geniş anlamda dünya ilə əlaqələrinin daha genişləndirilməsinə imkan verəcək”.

Vüqar Bayrmov işğaldan azad edilmiş ərazilərin bərpasından sonra Füzuli Beynəlxalq Hava Limanının Qarabağ iqtisadiyyatına verəcəyi töhvədən də danışıb: “Bu, Qarabağımızın Azərbaycan iqtisadi re-inteqrasiya baxımından vacibdir. İşğaldan azad olunan ərazilərimiz bərpa və yenidən qurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdıracağı gözlənilir. Bu əlavə 5 mlyard manatda artıq yeni dəyərin yaradılması deməkdir. Bu baxımdan Füzuli Beynəlxalq Hava Limanı Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhvə verəcək.

 

reklam