Azərbaycana iki minaaxtaran it gətirildi
Azərbaycan Gorus-Qafan yolunda gömrük-buraxılış məntəqəsi qurdu
3477 şagird koronavirusa yoluxub
İran prezidenti Azərbaycanla sərhədə gəldi
İrandakı soydaşlarımız yaşadıqları ərazinin Cənubi Azərbaycan adlandırılmasını tələb edir
07.10.2021 10:27
Bölmə:Güney xəbərləri 162 dəfə oxunub

“Cənubda yaşayan soydaşlarımızın xalq olaraq fikrini təbliğat kampaniyasında İranın xeyrinə danışan, zahirən Azərbaycan dillilərin dedikləri ilə üst-üstə qoymamalıyıq. Cənubdakı xalq birmənalı şəkildə Azərbaycanı dəstəkləyir və dövlətimizin həmişə arxasındadır”. 

Bu sözləri Modern.az-a Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz deyib. O qeyd edib ki, Cənubi Azərbaycanda yaşayan soydaşlarımız ölkəmizə dəstəyini istənilən formada göstərməyə hazırdırlar: 

"Biz onlarla hər saniyə əlaqədəyik və əhval-ruhiyyəni bilirik. Bu kiminsə təbliğatı ilə yaranan fikirlər deyil. Xalq azərbaycanlıdır, bunu ruhunda hiss edən hər kəs Azərbaycanı dəstəkləyir və onların istəyinə heç kim irad bildirə bilməz. Cənubi azərbaycanlılar birmənalı şəkildə Azərbaycan dövlətinin toxunulmaz olduğunu bəyan edir, Zəngəzur dəhlizinin açılmasını tələb edir, bir əsgər kimi Azərbaycanın həmişə yanındadır".

 

S.Aruz onu da vurğulayıb ki, İrandakı azərbaycanlılar yaşadıqları ərazinin Cənubi Azərbaycan adlandırılmasını tələb edirlər: 

“Bu məsələni isə təkcə İran dövləti deyil, həm də beynəlxalq təşkilatlar qarşısında qaldırırlar. Sənədlər hazırlanır, məsələ üzərində işləyirlər. Təkcə Cənubi azərbaycanlılar deyil, dünyada yaşayan azərbaycanlı fəalların çoxu buna can yandırır, məşğul olurlar.

Qarabağda 25 min erməninin təminatını düşünən İran dövləti 100 ildir əsarət altında saxladığı, müxtəlif metodlarla boğmağa çalışdığı azərbaycanlı əhalisinin istəklərini nəzərə almalıdır. 45 milyondan artıq soydaşımızı öz evlərində, öz yurd-yuvalarında əsir kimi saxlayan İran dövləti erməniləri daha çox düşünür. İranın bu yanaşması isə Azərbaycan xalqı tərəfindən layiqli cavabını və qiymətini alacaq".  

reklam