Azərbaycana iki minaaxtaran it gətirildi
Azərbaycan Gorus-Qafan yolunda gömrük-buraxılış məntəqəsi qurdu
3477 şagird koronavirusa yoluxub
İran prezidenti Azərbaycanla sərhədə gəldi
Xocavənddə silah-sursat aşkarlandı
11.10.2021 14:58
Bölmə:Xəbər 63 dəfə oxunub

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə döyüş sursatlarının aşkar olunaraq təhvil verilməsi istiqamətində mütəmadi profilaktiki tədbirlər aparılır. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Versiya.az-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının təhkim olunduğu Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində keçirilmiş növbəti tədbirlər zamanı tərk edilmiş hərbi mövqelərdən 1 avtomat, 3 müxtəlif növ pulemyot, 9 əl qumbarası, 11 avtomat darağı, 1 minaatanın nişangah qurğusu və 3500 müxtəlif çaplı patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

reklam