Azərbaycana iki minaaxtaran it gətirildi
Azərbaycan Gorus-Qafan yolunda gömrük-buraxılış məntəqəsi qurdu
3477 şagird koronavirusa yoluxub
İran prezidenti Azərbaycanla sərhədə gəldi
Mahir Emreli koronavirusa yoluxdu
12.10.2021 10:24
Bölmə:İdman 40 dəfə oxunub

Azərbaycan millisində ciddi itki baş verib.

Mahir Emreli koronavirusa yoluxub. Bu səbəbdən Serbiya ilə oyunu buraxacaq.

Versiya.az AFFA-ya istinadən xəbər verir ki, bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Belqradda Serbiya ilə qarşılaşacaq yığmamızın üzvünün oyunöncəsi COVID-19 testi pozitiv nəticələnib.

UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, Emreli Serbiya-Azərbaycan oyununda iştirak edə bilməyəcək.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

reklam