Azərbaycana iki minaaxtaran it gətirildi
Azərbaycan Gorus-Qafan yolunda gömrük-buraxılış məntəqəsi qurdu
3477 şagird koronavirusa yoluxub
İran prezidenti Azərbaycanla sərhədə gəldi
Payızlıq əkinlərlə bağlı maarifləndirici təlimlər davam edir
12.10.2021 12:40
Bölmə:Sosial 39 dəfə oxunub

Dövlət Toxum Fondu və Əkinçilik, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə birgə növbəti təlim Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) keçirilib. 

Versiya.az-ın məlumatına görə təlimin məqsədi payızlıq əkinlərə qulluğun səmərəliliyini yüksəltmək üçün fermerləri məlumatlandırmaq, həmçinin payızlıq əkinlərə hazırlıq işləri ilə əlaqədar görüləcək aqrotexniki tədbirlərin gecikməməsi üçün mütəxəssis tövsiyələrini vermək olub. 

Təlimdə Dövlət Toxum Fondunun mütəxəssisləri, Əkinçilik, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutlarının alimləri, bölgə fermerləri, toxumçular, təsərrüfat rəhbərləri iştirak ediblər. 

Təlimdə iştirak etmiş fermerlərə payızlıq taxıl səpinində aqrotexniki tədbirlərin vaxtında və düzgün aparılması, bölgədə kənd təsərrüfatı bitkilərindən yüksək məhsul alınmasını təmin edən becərmə texnologiyalarının tətbiq edilməsi və səpinin yüksək keyfiyyətlə aparılmasına nail olmaq üçün elmi nəaliyyətlər barədə məlumat verilib. Bölgənin torpaq-iqlim şəraitinə uyğun sortların seçilməsi və tətbiqi, müasir torpaq becərmələri, tətbiq olunan sortlar, səpinin elmi əsaslarla aparılma qaydaları, səpin müddəti, səpin norması və s. haqqında məsləhətlər verilib.

Təlimdə fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb və geniş müzakirələr aparılıb, maarifləndirici kitabçalar paylanılıb.

Qeyd edək ki, növbəti təlim-seminarların Ağcabədi və Şəki rayonlarında keçirilməsi nəzərdə tutulub.

 

reklam