Şəhid oğlu Füzuli RİH-də işə qəbul olunub
“Bayraktar”lar havaya qaldırıldı - Video
Laçında 2 500 ağac əkildi - Fotolar
Mətbuat Şurası Rövşən Cahangirovun jurnalistə qarşı hərəkətini pislədi
“Qarabağ” Konfrans Liqasında növbəti matçına çıxır
21.10.2021 10:05
Bölmə:İdman 162 dəfə oxunub

Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi olan "Qarabağ" bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti matçına çıxacaq.

Versiya.az xəbər verir ki, Ağdam təmsilçisi doğma azarkeşləri önündə Qazaxıstanın "Kayrat" klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq. Matçı ukraynalı FIFA referisi Yevgeni Aranovski idarə edəcək. 

Qeyd edək ki, hazırda "Qarabağ" 4 xalla H qrupuna başçılıq edir. 1 xalı olan "Kayrat" isə 3-cü pillədə qərarlaşıb.

Bu qrupun digər oyununda Kipr "Omoniya"sı İsveçrədə "Bazel"in qonağı olacaq.

UEFA Konfrans Liqası, qrup mərhələsi

H qrupu

III tur

20:45. "Qarabağ" (Azərbaycan) - "Kayrat" (Qazaxıstan)

Hakimlər: Yevgeni Aranovski, Semyon Şlonçak, Andrey Skripka, Vitali Romanov (Ukrayna)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

reklam