“Bayraktar”lar havaya qaldırıldı - Video
Laçında 2 500 ağac əkildi - Fotolar
Mətbuat Şurası Rövşən Cahangirovun jurnalistə qarşı hərəkətini pislədi
Prezident Erol Özvarı qəbul etdi - Foto
Rusiyanın baş naziri İrəvana gəldi
18.11.2021 11:28
Bölmə:Dünya 34 dəfə oxunub

Rusiyanın baş naziri Mixail Mişustin iki gün (noyabrın 18-19-da) davam edəcək işgüzar səfərlə İrəvana gəlib.

Versiya.az xəbər verir ki, Ermənistanın paytaxtında Rusiya Nazirlər Kabinetinin rəhbəri Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.

Mişustinin bu gün Qırğızıstanın baş naziri Akılbek Japarovla danışacağı gözlənilir. Daha sonra Belarus hökumətinin başçısı Roman Qolovçenko ilə görüş planlaşdırılır.

Günün ikinci yarısında Avrasiya Hökumətlərarası Şurasının dar tərkibli iclası keçiriləcək. Geniş iclas noyabrın 19-da baş tutacaq. Qarşıdan gələn iclas 2015-ci il yanvarın 1-də Aİİ-nin fəaliyyətə başlamasından bəri sayca 29-cu, bu il isə dördüncü iclas olacaq. 2021-ci ilin əvvəlki görüşləri fevralın 5-də Qazaxıstanın Almatı şəhərində, 29-30 apreldə Kazanda və 19-20 avqustda Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilib.

Gündəliyə birlik çərçivəsində inteqrasiyanın dərinləşdirilməsi ilə bağlı təxirəsalınmaz vəzifələr daxildir.

“Daxili bazarın fəaliyyətinə, aqrar-sənaye kompleksinin inkişafına, metallurgiya müəssisələrinin xammal təminatına, habelə ittifaqa üzv dövlətlərin dərman vasitələri və əczaçılıq maddələri ilə təchizatı məsələlərinə xüsusi diqqət yetiriləcək. İclasda qlobal iqlim gündəliyi kontekstində Aİİ üzv dövlətlərinin vəzifələri nəzərdən keçiriləcək”, - Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti bildirib.

reklam