“Bayraktar”lar havaya qaldırıldı - Video
Laçında 2 500 ağac əkildi - Fotolar
Mətbuat Şurası Rövşən Cahangirovun jurnalistə qarşı hərəkətini pislədi
Prezident Erol Özvarı qəbul etdi - Foto
Ermənistan qarışır- İrəvanda kütləvi aksiyalar başladı
22.11.2021 11:21
Bölmə:Dünya 68 dəfə oxunub

Ermənistanın paytaxtı İrəvanda bu gün səhərdən etiraz aksiyaları başlayıb.

Versiya.az xəbər verir ki, aksiyalar şəhərin müxtəlif yerlərində keçirilir.

Aksiyanın təşəbbüskarları siyasi partiyalar, ictimai təşkilatlar, eləcə də ayrı-ayrı şəxslərdir.

Onlar Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına qarşı çıxır, imzalanması nəzərdə tutulan sənədlərin açıqlanmasını tələb edirlər.

İrəvanın bəzi küçə və prospektlərində aksiyalar səbəbindən avtomobillərin hərəkətində problem yaranıb.

Polis yolları açmaq üçün aksiya iştirakçılarını ərazidən uzaqlaşdırmağa çalışır.

Bu gün saat 17.00-da isə Ermənistan paytaxtının Respublika meydanında mitinq keçirilməsi nəzərdə tutulur. 

Ermənistan qarışır: İrəvanda kütləvi aksiyalar başladı  - Yollar bağlandı
Ermənistan qarışır: İrəvanda kütləvi aksiyalar başladı  - Yollar bağlandı
Ermənistan qarışır: İrəvanda kütləvi aksiyalar başladı  - Yollar bağlandı
reklam