Şəhid oğlu Füzuli RİH-də işə qəbul olunub
“Bayraktar”lar havaya qaldırıldı - Video
Laçında 2 500 ağac əkildi - Fotolar
Mətbuat Şurası Rövşən Cahangirovun jurnalistə qarşı hərəkətini pislədi
Putinin nümayəndəsi Bakıdan İrəvana getdi
24.11.2021 17:40
Bölmə:Siyasət 27 dəfə oxunub

Rusiya baş nazirinin müavini Aleksey Overçuk Bakıdan İrəvana gedib.

Versiya.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatl məlumat yayıb.

Onu hava limanında baş nazirin müavini Mher Qriqoryan qarşılayıb. Onlar birlikdə baş nazir Nikol Paşinyanla görüşə gediblər.

Görüşdə Qarabağ üzrə üçtərəfli işçi qrupunun fəaliyyəti, xüsusilə Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlər müzakirə olunacaq.


Axşam saatlarında Overçuk Ermənistan paytaxtını tərk edəcək.

Bu gün Overçuk Bakıda prezident İlham Əliyevlə də görüşüb.

Xatırladaq ki, noyabrın 26-da Rusiyanın Soçi şəhərində prezidentlər Vladimir Putin, İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. 

reklam