Polis şöbəsindəki qətlə görə general-polkovnik orqandan qovuldu
Prezident İlham Əliyevin müsahibəsi İtaliya mətbuatında
Arvadını və baldızını bıçaqlayan kişiyə yüngül cəza verildi
Sənaya təcavüzdə ittiham edilən xalası oğlunun məhkəməsi başladı
"KamAZ"ın ehtiyat hissələrini oğurlayan şəxs saxlanıldı
26.11.2021 11:47
Bölmə:Kriminal 64 dəfə oxunub

Göyçay Rayon Polis Şöbəsinə “KamAZ” markalı yük avtomobilindən ümumi dəyəri 800 manat olan ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Versiya.az-a bildirilib ki, daxil olan müraciətlə əlaqədar keçirilən əməliyyat zamanı oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Sərxan Abdurəhimov saxlanılıb.

O, ifadəsində oğurladığı ehtiyat hissələrini rayon ərazisində əlvan metal qəbulu məntəqəsinə satdığını və əldə etdiyi pulu xərclədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

reklam