Polis şöbəsindəki qətlə görə general-polkovnik orqandan qovuldu
Prezident İlham Əliyevin müsahibəsi İtaliya mətbuatında
Arvadını və baldızını bıçaqlayan kişiyə yüngül cəza verildi
Sənaya təcavüzdə ittiham edilən xalası oğlunun məhkəməsi başladı
İmarət stadionunun yeri dəyişdirilir
09.12.2021 11:12
Bölmə:İdman 126 dəfə oxunub

“Futbol azarkeşlərinə demək istəyirəm ki, biz İmarət stadionunun tikintisini nəzərdə tuturuq. Düzdür əvvəlki yerdə deyil, yəni Pənahəli xanın imarət kompleksində deyil, şəhərin digər daha böyük, geniş infrastruktura malik guşəsində nəzərdə tuturuq”. 

Versiya.az-ın məlumatına görə bu sözləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov rəsmi mətbuata müsahibəsi zamanı söyləyib.

O,  hazırda burada layihələndirmə işlərinin getdiyini vurğulayıb: “Bu idman məhəlləsində tək futbol stadionu deyil, müxtəlif idman yarışları üçün qapalı-açıq idman zalları planlaşdırırıq. İdman təmayüllü orta məktəbin, bundan əlavə, Azərbaycanın digər bölgələrindən bura gələcək uşaqlar üçün idman yay düşərgəsinin layihələndirilməsi nəzərdə tutulur".

reklam