Cəbrayıl polisi əməliyyat keçirdi:- Bir nəfər saxlanıldı
Metroda soyğunçuluq: - Qadının telefonunu əlindən aldılar
Polis şöbəsindəki qətlə görə general-polkovnik orqandan qovuldu
Prezident İlham Əliyevin müsahibəsi İtaliya mətbuatında
Füzulidə raket kompleksi aşkarlandı - Fotolar
10.01.2022 10:39
Bölmə:Xəbər 195 dəfə oxunub

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər yerinə yetirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Versiya.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində bu günlərdə keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursat aşkar ediblər.

Aşkar edilən 2 pulemyot, 2 “Faqot” və 1 “Kornet” tipli tank əleyhinə idarə olunan raket kompleksləri, 4 qumbara, 3 avtomat sandığı, 18 müxtəlif növ mərmi, 317 müxtəlif çaplı patron aidiyyəti üzrə təhvil verilib.

 

 

Füzulidə raket kompleksi aşkarlandı   - Fotolar
Füzulidə raket kompleksi aşkarlandı   - Fotolar
reklam