Polis şöbəsindəki qətlə görə general-polkovnik orqandan qovuldu
Prezident İlham Əliyevin müsahibəsi İtaliya mətbuatında
Arvadını və baldızını bıçaqlayan kişiyə yüngül cəza verildi
Sənaya təcavüzdə ittiham edilən xalası oğlunun məhkəməsi başladı
DTX saxta sosial şəbəkə hesabları ilə bağlı xəbərdarlıq etdi
10.01.2022 11:51
Bölmə:Xəbər 106 dəfə oxunub

Son zamanlar bəzi sosial şəbəkə platformalarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) adından istifadə etməklə yaradılmış bir sıra saxta səhifə və profillərin fəaliyyəti müşahidə edilməkdədir.

Versiya.az DTX-nin saytına istinadən xəbər verir ki, belə halların mövcudluğu bir çox istifadəçilərin bu hesabları rəsmi mənbə kimi qəbul etməsinə səbəb olur və nəticədə həmin sosial şəbəkə resurslarında yerləşdirilən materialların DTX tərəfindən yayımlanması kimi başa düşülür. 

DTX-nin rəsmi internet saytı olan “https://www.dtx.gov.az/az/” və “Facebook”, “Twitter”, “Instagram”, “Youtube” sosial şəbəkələrində müvafiq olaraq “https://www.facebook.com/DTXAzerbaijan”, “https://twitter.com/DTX_Azerbaijan”, “https://www.instagram.com/azerbaijandtx/”, “https://www.youtube.com/c/DTXofficialchannel/” səhifə və kanalları fəaliyyət göstərir və DTX-yə aid məlumatlar yalnız bu mənbələrdə yerləşdirilir. Həmçinin xüsusi vurğulayırıq ki, DTX-nin sosial şəbəkələrdəki rəsmi səhifələri “Facebook”, “Twitter”, “Instagram” və “Youtube” administrasiyaları tərəfindən verilmiş və bu resursların rəsmiliyini təsdiq edən qeydiyyat nişanına sahibdir.

Bununla yanaşı bildiririk ki, sosial şəbəkələrdə DTX-nin rəhbərliyinə məxsus hər hansı profil və ya hesab mövcud deyil.

Vətəndaşlarımızın və KİV nümayəndələrinin diqqətinə çatdırırıq ki, DTX-nin fəaliyyəti barədə məlumatlar yalnız yuxarıda qeyd olunan DTX-nin rəsmi internet resurslarından əldə olunmalıdır.

reklam