Məşhur aktrisa Fatma Girik vəfat etdi
Cəbrayıl polisi əməliyyat keçirdi:- Bir nəfər saxlanıldı
Metroda soyğunçuluq: - Qadının telefonunu əlindən aldılar
Polis şöbəsindəki qətlə görə general-polkovnik orqandan qovuldu
KTMT hərbçiləri Qazaxıstandan çıxarılır
13.01.2022 12:26
Bölmə:Dünya 72 dəfə oxunub

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları mühafizə etdikləri sosial əhəmiyyətli obyektləri Qazaxıstanın hüquq-mühafizə orqanlarına təhvil verməyə başlayıb.

Versiya.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Sülhməramlılar texnika və materialları təyyarəyə yükləmək və daimi dislokasiya məntəqələrinə çatdırmaq üçün hazırlayırlar.

Xatırladaq ki, KTMT-nin sülhməramlı kontingenti bu gün Qazaxıstandan çıxarılmalıdır. 

reklam