Prezident birinci xanımla Füzuli və Cəbrayıla getdi
Millət vəkili Goranboyda vətəndaşları qəbul edib - FOTO- Fotolar
Britaniya səfiri Naxçıvandan İrana salam göndərdi
Gömrük Akademiyasında görüş keçirildi - Fotolar
Volodimir Zelenskinin bunkerində kimlər var?
07.04.2022 15:17
Bölmə:Dünya 1323 dəfə oxunub

Ukrayna Prezidenti Volodimir Zelenskinin müharibə şəraitində bunkerinə üç qrup məmur daxildir.

“Report” xəbər verir ki, bu barədə məlumatı UNIAN yayıb.

Bildirilib ki, Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi başlayan zaman Prezident Volodimir Zelenski xarici ölkəyə sığınmayaraq Kiyevdən səlahiyyətlərinin icrasına davam edir. Onun komandasına diplomatlar, hərbçilər və iqtisadçılar daxildir.

Məlumata görə, Ukrayna Prezidenti Ofisinin başçısı Andrey Yermak (Ağ evlə işləyir), xarici işlər naziri Dmitro Kuleba (dövlətlərlə danışıqlar aparır), Ukrayna Prezidenti Ofisi başçısının müavini Andrey Sibiqa (Prezident və sözçülərinə vacib görüşlərdən öncə çıxışlar hazırlayır), müdafiə naziri Aleksey Reznikov, Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı və başqa hərbi komandirlər müdafiə sahəsinə cavab verir.

Vurğulanıb ki, Baş nazir Denis Şmıqal əlaqələndirməyə və ölkə iqtisadiyyatının sabitliyinə cavabdehlik daşıyır. İqtisadiyyat naziri Yuliya Sviridenko və Ukrayna Prezidenti Ofisi başçısının müavini Rostislav Şurma yeni maliyyə qaynaqları axtarılması ilə məşğul olurlar. Ukrayna Prezidenti Ofisi başçısının müavini Kirill Timoşenko regionlarla işləyir və vəziyyəti izləyir.

İnfrastruktur naziri Aleksandr Kubrakov üzərinə sahə üzrə məsuliyyət götürüb. O, yardımların çatdırılması və infrastrukturun operativ bərpası ilə məşğul olur.

Ukrayna parlamentinin, Ali Radanın sədri Ruslan Stefançuk mətbuatda nadir hallarda görünür. O, parlamentlə Ukrayna Prezidenti Ofisinin işlərini əlaqələndirir.

reklam