Prezident birinci xanımla Füzuli və Cəbrayıla getdi
Millət vəkili Goranboyda vətəndaşları qəbul edib - FOTO- Fotolar
Britaniya səfiri Naxçıvandan İrana salam göndərdi
Gömrük Akademiyasında görüş keçirildi - Fotolar
4 yaşlı Atalaya şəxsiyyət vəsiqəsi verilmir: - Çünki türk adıdır
14.04.2022 11:00
Bölmə:Güney xəbərləri 1643 dəfə oxunub

4 yaşlı Atalay adlı uşağın ailəsi övladına şəxsiyyət vəsiqəsi ala bilmir.

Atalayın atası Əli Aslani yaxınlarına Şərqi Azərbaycan Qeydiyyat İdarəsinə şikayt etdiyini deyib. "Bir neçə dəfə də Tehrana müraciət etmişəm. Ancaq Atalay adı ilə şəxsiyyət vəsiqəsi verməkdən imtina edirlər "- deyə, o bildirib.

Əli Aslaninin dediyinə görə, İran Qeydiyyat İdarəsi Atalayın türk adı olduğu üçün imtina edib.

Şərqi Azərbaycan Qeydiyyatı İdarəsi Atalay adına şəxsiyyət vəsiqəsinin qeydiyyata alınması tələbini rədd etdikdən sonra bu dəfə uşağın ailəsi Tehrandakı Baş İdarəyə müraciət edib. Tehrandakı Baş ًQeydiyyat İdarəsi isə Atalay adına şəxsiyyət vəsiqəsi çıxarmağı rədd edib Şərqi Azərbaycan Qeydiyyat İdarəsindən ailənin uşağa başqa ad seçməsi üçün razı salmasını istəyib.

Aslani ailəsi Tehrandakı Qeydiyyat İdarəsindən müsbət cavab ala bilmədiyi üçün məhkəməyə şikayət edib. Aslanilər "Qadağan olunmuş adları müəyyən etmək məhkəmənin deyil, Qeydiyyat Idarəsinin Ali Şurasının işidir"- deyə, hökm çıxarıb. Beləliklə ailənin Atalay adı ilə uşaqlarına şəxsiyyət vəsiqəsi ala bilmək üçün müraciət edə biləcəyi məhkəmə də Qeydiyyat Idarəsinin lehinə qərar verib.

İranda ailələrin övladlarına türk adlar seçmə ictimai fenomeni getdikcə populyar hal alır. İctimai Mədəniyyət Şurasının katibi Məcid İmami İran televiziyasında bir verilişdə ölkədə son illərdə "qeyri-iranlı və qeyri-islami" adların çoxaldığını qeyd edərək, "bu adların çoxu qırğız və monqol adlarıdır."-deyə rəsmi xəbərdarlıq vermişdi. O, bu adların artmasının narahatlıq doğurduğunu bildirərək bu gedişatın qabağının alınması üçün tədbirlərin alınmasının vacibliyini vurğulamışdı. Rəsminin sözləri İran Azərbaycanında sosial media istifadəçiləri arasında reaksiyalarla qarşılanaraq, rəsminin türk adları yerinə “qırğız və monqol adlar” ifadəsindən istifadə etməsini təpkilərə səbəb olmuşdu.

Bununla yanaşı Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının sədr müavini Sina Yusifi öz twitter hesabında övladlarına türk adı seçən ailələrin və Qeydiyyat İdarəsinin həmin adlarla müxalifət etdiyinə dair şikayətlərin xeyli artdığını bildirmişdi.

İran Qeydiyyat İdarəsinin ailələri hazırladığı siyahıdan övladlarına ad seçməsini, əks halda isə ailələrə şəxsiyyət vəsiqəsi verməkdən imtina etməsi bir çox ailənin məhkəməyə şikayət etməsinə və bu şəkildə istədikləri adla uşaqlarına şəxsiyyət vəsiqəsi almağa məcbur buraxır. Bəzi hallarda məhkəmələrin qeydiyyat idarəsinin lehinə qərar verməsi nəticəsində həmin ailələrin övladları illər boyunca şəxsiyyət vəsiqəsi ala bilmədiyi üçün bir çox sosial xidmətlərdən məhrum qalırlar.

Amerikaninsesi.org 

reklam