YAZARLAR
16 yaşlı gənc itkin düşüb
25.04.2022 10:54
Bölmə:Kriminal 1051 dəfə oxunub
25.04.2022 10:54
Bölmə:Kriminal 1051 dəfə oxunub

Şabran rayon sakini, 2006-cı il təvəllüdlü Samuray Qasımov aprelin 15-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Versiya.az-a verilən məlumata görə, S.Qasımovun boyu 160 santimetrdir, orta bədən quruluşludur.
Evdən çıxarkən əynində qara gödəkcə, qara şalvar və qara ayaqqabı olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya (055) 650-20-44 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
.png)