Prezident birinci xanımla Füzuli və Cəbrayıla getdi
Millət vəkili Goranboyda vətəndaşları qəbul edib - FOTO- Fotolar
Britaniya səfiri Naxçıvandan İrana salam göndərdi
Gömrük Akademiyasında görüş keçirildi - Fotolar
Ordumuzun mövqeləri atəşə tutuldu
10.05.2022 10:35
Bölmə:Qarabağ 246 dəfə oxunub

Mayın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Versiya.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Şəxsi heyət və texnikamızda itki yoxdur.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

reklam