Prezident birinci xanımla Füzuli və Cəbrayıla getdi
Millət vəkili Goranboyda vətəndaşları qəbul edib - FOTO- Fotolar
Britaniya səfiri Naxçıvandan İrana salam göndərdi
Gömrük Akademiyasında görüş keçirildi - Fotolar
Azərbaycan və İran gömrük xidməti nümayəndələri arasında görüş oldu- Fotolar
11.05.2022 10:35
Bölmə:Xəbər 222 dəfə oxunub

Mayın 10-da Azərbaycanla İranın gömrük xidməti nümayəndələri arasında görüş keçirilib.

Dövlət Gömrük Komitəsindən Versiya.az-a verilən məlumata görə, görüşdən öncə İranın Culfa Gömrük İdarəsinə baxış olub. İkitərəfli görüşdə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev və Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli, İranın gömrük naziri Alirza Müqəddəsi, Şərqi Azərbaycan Vilayəti Gömrüyünün rəisi Leili Orangi, Culfa-Mərənd bölgəsi üzrə millət vəkili Məsumə Paşayi və digər şəxslər iştirak edib.

İran gömrük xidməti nümayəndə heyətinin rəhbəri, İranın gömrük naziri Alirza Müqəddəsi ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin gömrük işi sahəsini də əhatə etdiyini, qarşılıqlı əlaqələrin gediş-gəlişin və ticarət həcminin artmasına, prosedurların sadələşdirilməsinə və sürətləndirilməsinə imkan yaratdığını önə çəkib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ölkələrimiz arasında tarixi-mədəni əlaqələrin, iqtisadi-ticari münasibətlərin önəmini qeyd edib. Həmçinin vurğulanıb ki, bu əlaqələr və ölkə prezidentlərinin ikitərəfli yaxşı münasibətləri gömrük-ticarət əlaqələrinin də inkişafına şərait yaradıb.

Görüşdə iki ölkənin ərazisindən keçən nəqliyyat vasitələrinə tətbiq edilən gömrük nəzarəti formalarının minimuma endirilməsi, yük nəqliyyat vasitələrinin sürətli keçidinin təmin olunması ilə bağlı qarşılıqlı fəaliyyətin həyata keçirilməsi və gömrük nəzarəti sahəsində nəticələrin qarşılıqlı tanınması istiqamətində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Tərəflər 11 mart 2022-ci il tarixli “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Höküməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu”nun icrasından irəli gələn aidiyyəti gömrük məsələlərinin həlli istiqamətində qarşılıqlı fəaliyyətin həyata keçirilməsi, idxal-ixrac əməliyyatlarının müqayisəli gömrük statistikasının aparılması üzrə tədbirlərin görülməsi, yeni gömrük buraxılış məntəqələrinin açılması və mövcud buraxılış məntəqələrində infrastrukturun təkmilləşdirilməsi istiqamətində danışıqlar aparıblar.

Sonra Azərbaycan Dövlət Gömrük Komitəsi ilə İran Gömrük İdarəsi arasında 2022-2023-cü illərdə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardımın genişləndirilməsinə dair Tədbirlər Planı təsdiqlənib.

 

 


 

reklam