YAZARLAR
İranda ilk dəfə koronavirusdan ölən olmadı
02.06.2022 15:59
Bölmə:Dünya 879 dəfə oxunub
02.06.2022 15:59
Bölmə:Dünya 879 dəfə oxunub

İranda COVID-19 epidemiyasının başlanmasından bəri ilk dəfədir ki, gündəlik tələfat qeydə alınmayıb.
Versiya.az İran Səhiyyə Nazirliyinin açıqlamasına istinadən xəbər verir ki, son 24 saat ərzində 175 nəfərdə COVID-19-a yoluxma aşkarlanıb, ümumi yoluxma sayı 7 milyon 232 min 443 nəfərə çatıb.
Bildirilib ki, xəstəxanaların reanimasiya şöbələrində 494 nəfər müalicə olunur. Həmmçinin, son sutkada COVID-19-dan ölüm halı qeydə alınmayıb.
Ölkədə COVID-19-dan ilk ölüm hallarının qeydə alındığı 2020-ci il fevralın 19-dan indiyədək 141 318 nəfər virusdan dünyasını dəyişib.
.png)