YAZARLAR
Qarabağda ceyran ovlayanlara DİN-dən xəbərdarlıq
22.06.2022 12:18
Bölmə:Kriminal 628 dəfə oxunub
22.06.2022 12:18
Bölmə:Kriminal 628 dəfə oxunub

İşğaldan azad olunan ərazilərdə flora və faunanın mühafizəsi daxili işlər orqanlarının diqqət mərkəzindədir, xüsusi olaraq nəzarət tədbirləri həyata keçirilir.
Bu barədə Versiya.az-a Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.
"Həmin ərazilərdə nadir heyvan növlərinin – dağ keçiləri, cüyürlər, ayılar, bəbir, ular, Qafqaz tetrasının, çaylarda isə balıqların ovlanmasına, ona zərər yetirilməsinə icazə verilmir. Həmin əraziyə gedən şəxslər bu barədə təlimatlandırılır.
O gözəlliyi qorumaq, onun genişlənməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə Daxili İşlər Nazirliyi tərəfindən polis və Daxili Qoşunlarının hərbi qulluqçularına müvafiq göstərişlər verilib", - deyə DİN rəsmisi qeyd edib.
.png)