Minsk qrupunun məqsədi torpaqlarımızı əbədi işğal altında saxlamaq idi- Prezident
Qarabağda ev tikmək istəyənlərə faizsiz kredit verilsin! - TƏKLİF
İlham və Fərizə Sevgililər Günündə ziyarət olundu
Bakının bu ərazilərində su kəsiləcək
Füzulidə şirkət rəsmisini ilan sancdı
22.06.2022 16:13
Bölmə:Xəbər 816 dəfə oxunub

İyunun 22-də Agentliklə əməkdaşlıq edən RPS Energy LTD şirkətinin nümayəndəsini Füzuli rayonunda xidməti vəzifəsini yerinə yetirərkən ilan sancıb. 

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Versiya.az-a verilən məlumatda bildirilib. 

Nəticədə, nümayəndəyə ANAMA-nın tibbi yardım heyəti tərəfindən ilkin yardımla yanaşı, ilan sancması zamanı zəruri olan bütün müvafiq səylər göstərilib. Həkimlərin peşakarlığı sayəsində zərərçəkmişin vəziyyəti operativ şəkildə təhlil olunub və ilk yardım dəstində mövcud olan ilan əleyhinə zərdab vurulub. 

Zəruri müayinələrdən keçirilməsi üçün nümayəndə xəstəxanaya göndərilib. Vəziyyəti qənaətbəxşdir. 

Qeyd edək ki, Böyük Britaniyanın RPS Energy LTD şirkəti tərəfindən süni intellektin proqram təminatı vasitəsilə təchiz edilən dronlar azad olunan ərazilərdə mina sahələrinin tədqiqat və təhlil xidmətlərinə cəlb olunub.

reklam