Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış Memorandum strateji əhəmiyyət daşıyır
Goranboyda ağır qəza - Ana öldü, oğlu yaralandı
İlham Əliyev Emoməli Rəhmona zəng etdi
Yoluxma kəskin azaldı
Brüssel görüşü Azərbaycan diplomatiyasının yeni uğurudu- Vüqar Bayramov
01.09.2022 11:40
Bölmə:Siyasət 283 dəfə oxunub

Brüsseldə keçirilən sonuncu görüş bir sıra vacib məqamlar ilə fərqləndi. Tərəflər sülh müqaviləsinin hazırlanması üçün daha sistemli razılığa gəldilər. Hətta Xarici İşlər Nazirlərinin 1 ay ərzində görüşməsi və mətnin ilkin formasının üzərində işləməsi də razılaşdırıldı. Bu kifayət qədər vacib razılaşmadı.

Versiya.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov Brüsseldə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşiyanın görüşünü şərh edərkən deyib. İnun sözlərinə görə, Qafqaz heç zaman dayanıqlı sülhə bu qədər yaxın olmayıb: “Qeyd edək ki, Azərbaycan artıq 5 bəndlik sülh təkliflərini Ermənistana təqdim edib və ölkəmiz regionda sülhün yaranmasında maraqlı dövlətdi”.

Millət vəkili bildirib ki, bəyanatda minadan təmizləmə və itkin düşənlər ilə bağlı məsələlər də xüsusi qeyd olunur: “Avropa İttifaqı həmçinin minalardan təmizləmə işinə dəstək olmaq niyyətindədir. İki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası istiqamətindəki səylər Brüssel tərəfindən dəstəklənir və ittifaq bu məsələdə aktiv olmaq niyyətindədir. Aydındır ki, Avropa İttifaqı ölkələrin suverenliyi gözlənilmək şərti ilə regionda kommunikasiyaların yenidən bərpasını dəstəkləyir

Son Brüssel görüşləri də təsdiq etdi ki, münaqişənin həllinə ən çox dəstək ola biləcək qurum məhz Avropa İttifaqıdır. Bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi regionda daha qısa zamanda sülhün formalaşdırılmasına xidmət edir. Digər tərəfdən, həm Azərbaycan, həm də Ermənistan münaqişənin həllində Avropaya etimad göstərirlər. Bu da sülhün əldə edilməsi imkanlarını genişləndirməklə yanaşı, prosesin daha intensivləşməsinə xidmət edir.

Vüqar Bayramov vurğulayıb ki, Brüssel görüşü Azərbaycan diplomatiyasının yeni uğurudu: ““Qarabağ münaqişəsi” və hətta "münaqişə" sözlərinin bir dəfə də işlədilmədiyi son bəyanat artıq konfliktin həll olunduğundan və bütün yolların ölkələrin ərazi bütövlüyü çərçivəsində sülh anlaşmasının imzalanmasına apardığından xəbər verir”.

 

reklam