Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış Memorandum strateji əhəmiyyət daşıyır
Goranboyda ağır qəza - Ana öldü, oğlu yaralandı
İlham Əliyev Emoməli Rəhmona zəng etdi
Yoluxma kəskin azaldı
Cənub bölgəsində ölkə gəncləri üçün yeni bir milli layihənin icrasına başlanıldı
05.09.2022 18:40
Bölmə:Təhsil 184 dəfə oxunub
class="m8h3af8h l7ghb35v kjdc1dyq kmwttqpk gh25dzvf n3t5jt4f">
Lənkəranda yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cənub bölgəsində “Azərbaycanda ailə institutu: problemlər və perspektivlər” adlı layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 8000 (səkkiz min) manatlıq maliyyə dəstəyi ilə həyata keçirilir.
 
Layihənin məqsədi ölkəmizdə ailə, qadın, uşaq və gender məsələlərinin aktuallığını gündəmə gətirməklə cəmiyətimizdə ailə dəyərlərinin təşviqi və valideyn məsuliyyətinin artırılmasının təbliği sahəsində gənclərin, xüsusilə də, gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etmək, habelə ailələrin dağılmasına və boşanmaların artmasına səbəb olan məişət zorakılığı ilə mübarizəni gücləndirməkdən ötrü bu istiqamətdə profilaktik və preventiv tədbirlərin həyata keçirilməsindən ibarətdir.
 
Layihənin müddəti 3 ay olmaqla, 01 sentyabr – 01 dekabr 2022-ci il tarixlərini əhatə edəcəkdir. Layihə çərçivəsində coğrafi və gender balans nəzərə alınmaqla, elektron ərizə əsasında respublika üzrə 18-35 yaş arası 25 nəfər gənc və gənc ailə təmsilçiləri üçün ailə, qadın, uşaq və gender məsələləri mövzusunda Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində 21-23 oktyabr tarixlərində 3 günlük nəzəri-praktik konfrans təşkil olunacaqdır.
 
Məlumat üçün bildirək ki, konfransda iştirak etmək istəyən gənclər MAGİYA ictimai birliyinin www.epsaya.az adlı internet səhifəsinin “Yeniliklər” bölümünün “Elanlar” hissəsində (http://epsaya.az//view_elan.php?id=197) yerləşdirilən müvafiq elektron ərizə formasını (https://docs.google.com/…/1eoy8a3MYITwEhsZThDr…/edit) 30 sentyabr 2022-ci il, saat 24.00-adək dolğun formada doldurub göndərməlidirlər. Müvafiq nəticələr 10 oktyabr 2022-ci il tarixində açıqlanacaqdır.
 
Əlavə edək ki, 3 günlük tədbir zamanı nəqliyyat xərcləri istisna olmaqla, bütün iştirakçıların çay-kofe, yemək və oteldə qalmaq xərcləri (3 gecə) layihə çərçivəsində MAGİYA ictimai birliyi tərəfindən ödəniləcəkdir.
 
reklam