Goranboyda ağır qəza - Ana öldü, oğlu yaralandı
İlham Əliyev Emoməli Rəhmona zəng etdi
Yoluxma kəskin azaldı
İnam Kərimov Qazaxda vətəndaşları qəbul edib- Foto
Ordumuzun mövqeləri atəşə tutuldu
09.09.2022 10:04
Bölmə:Gündəm 190 dəfə oxunub

Sentyabrın 8-i axşam saatlarından 9-u səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan, Basarkeçər rayonunun Subatan yaşayış məntəqələri və Gorus rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli və Hacılar, Kəlbəcər rayonunun Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. 

Bu barədə Versiya.az-a Müdafiə Nazirliyin Mətbuat Xidmətindən məlumat verilib. 


Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

reklam