Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış Memorandum strateji əhəmiyyət daşıyır
Goranboyda ağır qəza - Ana öldü, oğlu yaralandı
İlham Əliyev Emoməli Rəhmona zəng etdi
Yoluxma kəskin azaldı
MƏN SÜLH İSTƏYİRƏM BU MƏMLƏKƏTƏ!- Kərim Kərimlinin şeiri
14.09.2022 14:39
Bölmə:Poeziya Ədəbiyyat 139 dəfə oxunub
class="m8h3af8h l7ghb35v kjdc1dyq kmwttqpk gh25dzvf n3t5jt4f">
“Azad Şuşa” Kərim Kərimlinin “Mən sülh istəyirəm bu məmləkətə” şeirini təqdim edir.
 
Demişdim bir daha ağlamayaq biz,
Gözümüz vicdansız yaş axıtmasın.
Yalançı, saxtakar ağı deyənlər,
Yalandan baş əyib, yaxa cırmasın!
 
Demişdim sülh olsun, qan tökülməsin,
Sərhədlər qızılgül qoxusu versin.
Bir daha yurdumda qan əkilməsin,
İnsan qəm becərib, kədər dərməsin!
 
Heyhat! Dünən atəş qəlbimə dəydi!
Ürək əlli yerdən paralanıbdır!
Bu böyük faciə qəddimi əydi,
Təkcə mən yox, ölkəm yaralanıbdır!
 
Düşmən nə istəyir, dost nə söyləyir? –
Açın, deyin xalqa hər şeyi daha!
Bilsin bizi hara, kim sürükləyir?
Bilsin ki, dünənə, yoxsa sabaha!
 
Rusiya – qartımış o şər yuvası,
Açsın “məram”ını, açıq söyləsin.
Hayastan – “urus”un hərəmxanası,
Alsın “nəsib”ini, üzü gülməsin!
 
Ölkəm başdan-başa matəm içində
Axı haçanadək inləyəcəkdir?
Titrəyir varlığım bu qəm içində,
Nə vaxtadək üzüm gülməyəcəkdir?!
 
Nə vaxt qurtaracaq bu şər, bu bəla?
Azdırmı “əlli”, yoxsa çoxdumu?
Bu “Xocalı gecəsi”, bu Kərbü-bəla –
Şəhadət dərsinin sonu yoxdumu?
 
Mən bir insanam, adi bir İnsan,
Rəsmi sənədlərdə adım var mənim.
Eşqim ilahidən, diləyim haqdan,
Qəlbimdə Allahdan odum var mənim.
 
Etiraz edirəm bir İnsan kimi,
Bu qanlı qırğına, bu fəlakətə!
Eşitsin bu dünya mənim səsimi –
Mən sülh istəyirəm bu məmləkətə!
Mən sülh istəyirəm bu məmləkətə!
 
14 sentyabr 2022, 11:48
reklam