Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış Memorandum strateji əhəmiyyət daşıyır
Goranboyda ağır qəza - Ana öldü, oğlu yaralandı
İlham Əliyev Emoməli Rəhmona zəng etdi
Yoluxma kəskin azaldı
Vəfat etmiş Vətən müharibəsi qazisi torpağa tapşırıldı - Fotolar
20.09.2022 10:46
Bölmə:Xəbər 107 dəfə oxunub

Vətən müharibəsi qazisi, sentyabrın 18-də vəfat etmiş I qrup əlil Elnur Səmədov Bakıda dəfn olunub. 

Versiya.az “Report”a istinadən xəbər verir ki, mərhum Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılıb. 

Mərasim Dövlət Himni ilə başlayıb, yaylım atəşi açılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin nümayəndələri, qazinin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, E.Səmədov 2020-ci ildə Vətən müharibəsində iştirak edib və oktyabrın 25-də Qubadlı istiqamətində ayağından yaralanıb.

Doqquz aydır leykoz xəstəliyindən əziyyət çəkən E.Səmədov sentyabr ayının 18-də Türkiyənin İstanbul şəhərində müalicə alan zaman vəfat edib.

 

 





 

reklam