Qalmaqallı səfir haqqında məxfi məlumatlar: Fotosu gizlədilir, tərcümeyi-halı açıqlanmır - SƏBƏB


     Rusiya Federasıyasının Azərbaycana  təyin olunmuş  yeni  fövqəladə və səlahiyyətli  səfiri  Georgi Zuyevin barəsində məlumatlar tam məxfi saxlanılır. Onun yalnız Rusiya Xarici İşlər Nazirliyinin kadrlar İdarəsinin direktor müavini işlədiyi bildirilir. 
Cebhe.info xəbər verir ki, Xarici İşlər  Nazirliyinin saytında isə Georgi Viktoroviç Zuyevin haqqındakı məlumat bazası çox azdır. Onun  barəsində olan ümumi məlumat bundan ibarətdir: 26 dekabr 1958-ci ildə anadan olub. 2004-cü il avqustun 25-də G.Zuyevə 2-ci dərəcəli fövqəladə və səlahiyyətli səfir  səlahiyyəti  verilib.  Hazırda qeyd edildiyi kimi, Rusiya XİN-nin Kadrlar İdarəsində işləyir. 
Onun tərcümeyi-halı  demək olar ki, açıqlanmır.  Georgi Zuyevin fotoşəkillərini isə ümumiyyətlə, heç yerdə görmək mümkün deyil.  Adıçəkilən diplomatın  barəsində bu qədər məxfiliyin qorunması onun Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı olmasına dair  informasiyalarla əlaqələndirilir.  
Xatırladaq ki, Azərbaycan  XİN  G.Zuyevin ermənipərəpst olmasını  əsas gətirərək onun  aqremanını qəbul etməyib. Siyasi ekspertlər isə Zuyevlə bağlı narazılığı onun kəşfiyyatçı olması ilə və Azərbaycana da bu məqsədlə göndərilməsi  ilə izah edir. 
Cebhe.info-nun apardığı araşdırma zamanı qalmaqallı səfirin keçmişi haqqında  bir sıra açıqlanmayan məlunmatlar ortaya çıxıb.  Məlum olub ki, Georgi Zuyev Kadrlar İdarəsində işləməzdən öncə, yəni 2005-ci ildə  Rusiya Federasiyasının Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsindəkı (Liviyanın Qəddafi dönəmindəki adı- red.) səfirliyində müşavir vəzifəsində çalışıb. 2005-ci il yanvar ayının 5-də dərc olunmuş məlumatda  G.Zuyevin RF-nın fövqəladə və səlahiyyətli səfiri Valerian Vladimiroviç  Şuvayevin müşaviri  vəzifəsində işlədiyi  göstərilir. Georgi Zuyev həmin müddətdə səfirliyin xarici təşkilatlarla iş üzrə ikinci katibi  vəzifəsini tutub. 
Məlumatda səfirlyin yerləşdiyi  ünvan və telefon nömrələri belə qeyd olunub:  Tripoli şəhəıri, M.K.Atatürk küçəsi, 10.   
Telefon:  (8-10-218-21) 333-0545, 333-0546; Faks (8-10-18-21) 444-6673, 333-3831
E-mail: [email protected] rambler.ru

Müşfiq Abdulla
Cebhe.info

Facebook'ta Paylaş                                                                                Oxunub: 70