Bu marşrutda gedişhaqqı bahalaşdı - Rəsmi




Bakıda fəaliyyət göstərən 175 saylı sərnişin avtobusunda yanvarın 13-dən etibarən məsafədən asılı olmayaraq gedişhaqqı 30 qəpik olacaq.
Bunu Axar.az-a Bakı Bus MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev deyib.
Onun sözlərinə görə, həmin tarixdən adıçəkilən marşrut üzrə gedişhaqqı kart sistemi ilə həyata keçiriləcək və qiymət 30 qəpik təşkil edəcək:
"Tarif (qiymət) Şurasının bununla bağlı qərarı var. Bakıətrafı ərazilərə işləyən marşrutların qiyməti məsafəyə görə hesablanır. 175 saylı marşrutda da qiymət həmin qərara əsasən 30 qəpik müəyyənləşdirilib. Bu vaxta qədər kimsə avtobusla qısa məsafə qət edərək 20 qəpik ödəyirdisə, indi bu, mümkün olmayacaq. Çünki Tarif Şurası dayanacağa görə qiymət müəyyənləşdirmir. Yanvarın 13-dən etibarən də marşrutda Şuranın həmin qərarına uyğun gediş haqqı tətbiq olunacaq".

Facebook'da Paylaş                                                                           Tarix: 11-01-2018, 16:03   Oxunub: 116