Milli Onkologiya Mərkəzində qəbul




Milli Onkologiya Mərkəzində qəbul
Aprelin 27-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin(MOM) baş direktoru akademik Cəmil Əliyev Köln Universiteti klinikasının aparıcı neyroradioloqları ilə görüşmüşdür.



Uniklinikanın neyroradiologiya şöbəsinin rəhbəri, tibb elmləri doktoru, professor Anastasios Mpotsaris, tibb elmləri doktorları Volker Maus və Nuran Abdullayevlə Milli Onkologiya Mərkəzində keçən görüş zamanı Mərkəzin yüksək elmi-klinik səviyyəsi razılıqla qiymətləndirilmiş, gələcək ikitərəfli əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılmışdır.

Almaniyadan gəlmiş mütəxəssislər Mərkəzin reanimasiya, invaziv diaqnostika və müalicə şöbələrinin işi ilə tanış olmuşlar. Qonaqlar Milli Onkologiya Mərkəzindən xoş təəssüratlarla ayrılmışlar.

Həmin gün ölkəmizdə öz işini davm etdirən IV Azərbaycan-alman-türk konqresinin dünya şöhrətli spikerlərinin bir qrupu akademik Cəmil Əliyevin dəvəti ilə bu məşhur səhiyyə ocağının maddi-texniki təminatı və əldə edilən yüksək tibbi nəticələrlə tanışlıq məqsədi ilə MOM-da olmuşdur. 


Nümayəndə heyətinin üzvləri- Almaniyanın Jena klinikasının baş direktoru, tibb elmləri doktoru, professor Utz Settmacher, Rusiyanın Sankt-Peterburq şəhərinin I Tibb Universitetinin rektoru, professor Sergey Baqnenko, Davos kurslarının direktor müavini professor Dieter Hahnloser, Hamburq Qastro-Enteroloji Klinikasının baş direktoru Deniz Uyak, müxtəlif xarici ölkələrin tanınmış tibbi mərkəz və klinikalarından ölkəmizə gəlmiş digər professorlar dəvətə görə dərin təşəkkürlərini bildirmiş, Milli Onkologiya Mərkəzində pasiyentlərin müayinə və müalicəsi üçün yaradılmış şəraitin çox yüksək səviyyədə olduğunu vurğulamışlar.

Akademik Cəmil Əliyev qonaqların çoxsaylı suallarını cavablandırmış, Cənubi Qafqazın ən müasir avadanlıq və qurğularla təchiz ounmuş və müasir müalicə metodlarının tətbiq edildiyi bu səhiyyə strukturunun ərsəyəy gəlməsində dovlətin, xüsusilə də ölkə Prezidenti İlham Əliyevin ardıcıl və daimi qayğısını yüksək qiymətləndirmişdir. 

* * *
Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Alen Uper Azərbaycana səfəri çərçivəsində aprelin 27-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində olmuşdur.

İxtisasça radioloq olan senator A. Uper Milli Onkologiya Mərkəzi haqqında cox eşitdiyini qeyd etmiş və Mərkəzə səfər etməyə cox maraq qöstərdiyini və bu fürsəti əldə etdiyi üçün çox məmnun qaldığını vurğulamışdır.

Mərkəzin baş direktoru akademik Cəmil Əliyev qonağa kollektiv haqqında ətraflı məlumat vermişdr. Senator Mərkzin şüa diaqnostikası, şüa terapiyası şöbələri və Nüvə Təbabəti Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmuşdur.

Görüşün sonunda senator Alen Uper səmimi qəbul üçün təşəkkürünü bildirmiş və Milli Onkologiya Mərkəzinin muzeyində Fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

Facebook'da Paylaş                                                                           Tarix: 29-04-2018, 11:43   Oxunub: 73