Sabiq icra başçısının ölkədən çıxışına qadağa qoyulub - 15 nəfərin ölüm işi ilə bağlı


Sabiq icra başçısının ölkədən çıxışına qadağa qoyulub - 15 nəfərin ölüm işi ilə bağlı







Ötən gun ölkəni tərk edərək Almaniyaya köçdüyü deyilən sabiq icra başçısının vəziyyəti əslində mətbutada yazılan kimi deyil. Criminal.az saytına daxil olan məlumata görə, Binəqədi rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərovun ölkədən çıxışına qadağa qoyulub. 

2015-ci il mayın 19-da Binəqədidə 16 mərtəbəli yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnmiş yanğına görə təqsirləndirilən əsas şəxslərdən biri də Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov idi. Dəhşətli yanğından sonra icra başçısı gözlənilənlərin əksinə olaraq istintaqa cəlb olunmadı, vəzifəsini də qoruyub saxlaya bildi. 16 mərtəbəli binanın 1 dəqiqənin içində kibrit qutusu kimi alışıb yanmasında suçlu kimi adları çəkilənlərin sırasında başçının adı ilk yerdə çəkilirdi. Bu da səbəbsiz deyildi. Çünki poliuretan adlı üzlük materialın binaya vurulması təklifi başçıdan gəlmişdi. Bunu üzlükləri istehsal edən "Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudov məhkəmədə də təsdiqləmişdi. 

Demişdi ki, yanan binanın üzlənməsi təklifi Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovdan gəlib: "Mən başqa məsələ ilə əlaqədar Xaləddin İsgəndərovun yanındaydım. Məndən soruşdu ki, ”bina üzləməyə materialınız var?" Mən də ehtiyac varsa, bu işi görə biləcəyimizi dedim. Sonra o, birinci müavini Qəzənfər Novruzovu çağırdı, mənimlə tanış etdi". M.Mahmudov binanın üzləndiyi materialın sürətlə yanmasının təşkil olunduğunu da açıqlamışdı.
X.İsgəndərovun ölkədən çıxışına qadağanın qoyulması da məhz bir vaxtlar vəzifəsi, eyni zamanda vergilər naziri olan qaynı Fazil Məmmədovun köməkliyi ilə qurtulmağı bacarsa da, yanğın faciəsində məsuliyyətdən kənar qalması ilə bağlıdır.
İddialara görə, yaşayış binasında baş vermiş yanğınla bağlı cinayət işi yenilənib. Hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində araşdırma başlarıb. İddialar var ki, X.İsgəndərov istintaqa çağırılaraq dindirilib.  

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Criminal.az saytına bildirdi ki, bu məsələ barədə məlumatsızdır. Qurum rəsmisinin sözlərinə görə, mətbuat xidmətədinə belə bir məlumat yoxdur.
Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan "poliuretan” məmulatını istehsal edən "QlobalStone” MMC-nin baş direktoru Uğur Firuz oğlu Bəşirov, "Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mircəfər oğlu Mahmudov, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Ələkbər İldırım oğlu Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Məhərrəm oğlu Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Ədalət Şəmsəddin oğlu Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Qara oğlu Orucov Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, "poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən "Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Hacı oğlu Məmmədov Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, "poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Muradəli oğlu Əlibəyov Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilmişdi və sonradan barələrində məhkəmənin ittihamedici hökmü çıxarılmışdı.



Facebook'da Paylaş                                                                           Tarix: 5-06-2018, 16:12   Oxunub: 235