Bağça 1250 AZN, universitet 13750 AZN … – Pulunuz varsa, açın...

Cebhe.info-ya açıqlama verən təhsil eksperti Kamran Əsədov məbləğləri açıqlayıb:

“Təhsil fəaliyyəti göstərmək üçün qiymətlər fərqlidir. 1.Məktəbəqədər təhsil müəssisələri - 1250 AZN
2.Ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) - 10000 AZN
3.İlk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri) - 2000 AZN
4.Orta ixtisas təhsili müəssisələri - 2000 AZN
5.Ali təhsil müəssisələri - 13750 AZN
6.Əlavə təhsil müəssisələri - 1500 AZN
7.Dini orta ixtisas təhsili müəssisələri - 2000 AZN
8.Ali dini təhsil müəssisələri - 13750 AZN təşkil edir”.
Qeyd edək ki, Bakıda özəl bağçalardan biri olan "KİDS Studio"da uşaqlarla kobud rəftarla bağlı videogörüntülər media və sosial şəbəkələrdə yayılmış və bağçanın müvafiq icra hakimiyyəti orqanından lisenziyasının olmadığı bildirilmişdi.
Hicranə İsmayılova
Cebhe.info
Facebook'da Paylaş Tarix: 12-06-2018, 16:25 Oxunub: 244