Əvəz Qocayevin xanım jurnalisti təhqir edən qırğısı kimdir? – Əfəndiyevin “trolluğu” fotolarda…





Azərbaycanda “trol” sözü son illərdə çox dəbdədir. Hökumətin trolları, müxalifətin trolları, yüksək ranqlı məmurların trolları sosial şəbəkələrdə aktivdirlər. Amma deyəsən, bu trend “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin rəhbərliyinə də çatıb.
Reportyor.info-nun verdiyi xəbərə görə, belə olmasaydı agentliyin sədr müavini Əvəz Qocayevin çetesi onun müdafiəsinə qalxmaz, sosial şəbəkələrdə trolluq etməzdilər.
Sadəcə, onlara trolluğun etikası öyrədilməyib. Məsələn, “Yol inşaatı” MMCdə müavin vəzifəsində işləyən, feysbukda kəhkəşanlı həyat tərzinin fotolarını yerləşdirən Rasim Əfəndiyev onlardan biridir.
Bizim jurnalist araşdırmaları zamanı əldə etdiyimiz məlumata görə, R.Əfəndiyev “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayevin qırğılarından biridir.
MMC sədrinin müavini postunu tutan bu şəxs özünü Ə.Qocayev barəsində Reportyor.info saytında işıqlandırılmış real faktlara söykənmiş məqalə ilə faş elədi.
MilliYol yazırdı ki, Ə.Qocayevin müavini olduğu qurumda çalışanların maaşının 15%-ni mənimsəyir. İddialara görə, Qocayevin təlimatı əsasında Yol İstismar İdarələrin işçilərinin maaşından hər ay 15% faiz tutulur.
Bu xəbərə qurumun mətbuat xidməti açıqlama vermək əvəzinə, haranınsa R.Əfəndiyevi qəfil “zühur” edir və feysbukda Qocayevə qahmar çıxmağa çalışır. Amma bu trolsifət, orta dozalı məmur unudur ki, ağasının müdafiəsinə qalxmaq heç də qarşı tərəfi təhqir etməkdən ibarət deyil.
Belə ki, Əfəndiyev soyadına yaraşmayan şəkildə saytın baş redaktoru Arifə Əliyevaya feysbukda təhqirlər yağdırmağa başlayır. Xanım jurnalist onu etik yazmağa dəvət etsə də, haranınsa R.Əfəndiyevi Ə.Qocayevə görə üz-gözünü “cıraraq” hədyanlarını, təhqirlərini davam etdirir.

Və A.Əliyeva təbii olaraq onun yazdıqlarını skrin etdiyini deyəndə həmin şəxs “qeybə” çəkilir və yazdıqlarını silir. Bütün əndazəni aşan R.Əfəndiyev ən azından qarşısındakının qadın olduğunu nəzərə almadan, hörmət qoymadan ağzına gələni yazır və sonra silirsə, bunun el arasında adı hamı bilir nə deməkdir.
O, xanım jurnalistə Ə.Qocayevə görə özünü “fəda” edərək “sənin bir yiyən yoxdurmu, başa salsın?”, “Yazını oxuyub utan, ayıb olsun, gör sənə rəhmət deyən olacaqmı?”, “Görünür nəsə ummusan, baş tutmayıb, indi ölürsən, yanırsan, bilmirsən nə yalan uydurasan” tipli şərhlər yazır.İndi birbaşa onun ağasına sual veririk – Əvəz Qocayev, bu trollara mədəniyyət, etika, danışıq tərzi kursları niyə keçmirsiniz?
Nə üçün onlara izah etmirsiniz ki, rəisini müdafiə edəndə təhqirlərə yol verməklə üz–gözünə bulaşdırıb sizi daha da biabır edirlər? Əfəndiyev sizə nə boyda pislik etdiyini, bu təhqirlərə keçməklə məhkəmə perspektivi yaratdığını bilmirmi?
Əslində ictimaiyyətə məlumdur ki, MMC rəhbərləri Ə.Qocayevi niyə müdafiə edirlər. Saleh Məmmədovun müavini bu şirkətlərin əli ilə müxtəlif maxinasiyalar həyata keçirir, yol tikintisində büdcə pullarının talan olunması üçün tenderlərdə “Yol inşaatı” MMC kimi firmalar qalib elan edilərək üzərindən dövlətin maliyyəsi silinir.
Mətbuatda yüzlərlə belə faktlar var. İstərsə Bakı, istərsə rayonlarda yolların çəkilişində tenderlərdə Ə.Qocayevə yaxın MMC şirkətlər qalib elan edilir və sonra büdcə vəsaitləri çırpışdırılır. Ona görə də Qocayevin trollarından olan R.Əfəndiyevin jurnalisti aşağılaması bu mənada başadüşüləndir.
Həmin məqalədə deyilirdi ki, Ə.Qocayev ştatların ləğv olunması, ixtisarlar və maaşların azaldılması iləidarələrin işçilərini təhdid edir. “Yol inşaatı” MMCdə müavin vəzifəsində işləyən R.Əfəndiyev isə özünə əl qataraq ağasını müdafiə etmək üçün “qaş düzəldən yerdə vurub göz çıxarır” ağlına yox, ağzına gələni xanım jurnalistə yazır.
Görünür ona bir qadına hansı tərzdə yazmağın kursunu da keçməyiblər. Amma yazdıqlarının arxasında dura bilmirsə, sözünün yiyəsi deyilsə, sonda yazdıqlarını siləcəkdisə, gərək bir az baş sındırıb fikirləşərdi.
Çünki jurnalistə yazdığı təhqirlər skrin olunub, işlədiyi qurumun və Qocayevin müavini olduğu agentliyin rəhbərliyinə göndəriləcək.
Eyni zamanda onun feysbuk fotolarından cəhcəlallı, oliqarx həyat yaşadığı görünür.R.Əfəndiyevin MMC sədrinin müavini postunda aldığı maaşla bunları əldə etdiyi yoxsa qaranlıq işlərə bulaşdığı barədə isə jurnalist araşdırmaları aparırıq.
REPORTYOR.info




Facebook'da Paylaş                                                                           Tarix: 2-10-2018, 07:28   Oxunub: 27